Köçəryanın “qatar”ı: Ağdamdan verilən xəbərdarlı

Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirakdan imtina edən Nikol Paşinyan növbəti dəfə Rusiya ilə münasibətlərə çəki-düzən verməyə çağışır. Paşinyan ölkədə 9 May tədbirlərinə kifayət qədər geniş meydan verməklə, eyni zamanda bu tədbirlərdə Rusiya və Ermənistan münasibətlərində hər hansı bir gərginliyin yaşanmadığı barədə mesajlar, görüntülər və hərəkətlərlə, heç şübhəsiz, Kremlin qəzəbini müəyyən qədər soyudacaq.

Son bir neçə gündə Rusiyadan ən müxtəlif səviyyələrdə Ermənistan hakimiyyətinin siyasəti əleyhinə bəyanatlar səslənir, xəbərdarlıqlar edilirdi. Xüsusilə də may ayının ilk günlərində İrəvanda əsən “Avropa küləyi”, Avropa İttifaqının, eyni zamanda “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən toplantıları, ayrı-ayrı Avropa liderlərinin Nikol Paşinyan komandasına münasibəti və açıq dəstəyi, rəsmi İrəvanın avrointeqrasiya ilə bağlı sərgilədiyi mövqeyə dəstəyin ifadəsi Rusiya tərəfindən kəskin reaksiya doğurmuşdu. Hətta erməni səfir Rusiya Xarici İşlər Nazirliyinə çağırılmış, İrəvana nota verilmişdi. Düzdür, bu, Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqladığı fikirlərlə əlaqələndirilirdi, amma heç şübhəsiz ki, əsəb gərginliyinin əsas səbəbi rəsmi İrəvanın sürətli şəkildə Qərbə inteqrasiya siyasəti yürütməsi, xüsusilə də bu siyasətin Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi sərgilənməsi idi.

Amma qeyd etdiyimiz kimi, Nikol Paşinyan olduqca hiyləgər davranış nümayiş etdirdi, geridönüşə nail oldu. Xüsusilə də Gümrüdə, Rusiya hərbi bazasının yerləşdiyi məkanda Rusiya və Ermənistan bayraqlarının birlikdə tutulması və görüşün keçirilməsi, eyni zamanda ayrı-ayrı şəhərlərdəki aksiyalarda Rusiya və Ermənistan arasında hər hansı problemin olmadığı görüntüsünün yaradılması, üstəlik, ayrı-ayrı rəsmi şəxslərin Rusiya ilə münasibətlərdə ciddi kritik gərginliyin olmadığı barədə açıqlamaları yəqin ki, Moskvada məmnunluq doğuracaq. Tam əminliklə demək olar ki, postsovet məkanında və hətta bütün dünyada 9 May tədbirlərinin Rusiyadan sonra ən geniş şəkildə keçirildiyi ölkələrdən biri Ermənistan oldu. Bu da heç şübhəsiz ki, Putin administrasiyası tərəfindən qiymətləndiriləcək. Əslində, aprelin 1-də Paşinyan və Putin arasında Moskvada keçirilən görüşdə zahirən gərginlik yaşandığı müşahidə........

© Müsavat