Kərkiyə ayrılan avtobus və Paşinyanın BMT-dəki ö
Ermənilərin nə dərəcədə sülh tərəfdarı olduqlarını ərazilərimizin 30 illik işğal altında saxlanmasından bilirik. Həmin illərdə neçə erməni gəlib-gedən hakimiyyətlərə çağırış etdi ki, “daha bəsdir, camaatın torpağını qaytarın, özümüz də adam kimi yaşayaq?!”
2023-cü ildə Qarabağdan könüllü Gorus tərəfə gedənlər də “erməni millət deyil, Allah haqqı, azərbaycanlılardan pislik görməmişik”, desələr də, Həkərini o taya keçəndən sonra şivən salmağa, Azərbaycanın onları “genosid etdiyini” iddia etməyə başladılar.
Azərbaycan dövləti humanist yanaşdı, Bakıda cəza çəkən bəzi separatçıları, vaxtilə ölkəmizə qarşı cinayət törədənləri İrəvana verdi. Azərbaycan həbsxanasında “can üstə” olan həmin bu haylar Ermənistana çatan kimi iddia etdilər ki, guya onlar burada sitəm görüblər. İctimai rəydəki həyasızlıqlar saymaqla bitməz.
Ermənistanın siyasi sektorunda da vəziyyət eynidir. Bəzi hallarda 2020-ci ilin iyul-sentyabr aylarındakı atmosferi xatırladırlar revanşist fikirləri ilə. Belə görünür ki, 44 günlük DƏRS yetərli olmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında elə çıxış edib ki, elə bil 7 il əvvəl Xankəndiyə qanunsuz gələrək “Qarabağ Ermənistandır” deyərək müharibə alovunu körükləyən bu olmayıb. Azərbaycan Prezidentinin kölgəsində bir-iki layiq olmadığı sülh mükafatını alandan sonra “qaz”ı daha da artıb. Diqqət edin, müharibədən sonrakı 6 il ərzində Azərbaycana qarşı mina terrorunu davam etdirən ölkənin hökumət başçısı dinc dövrdə 400-dən artıq günahsız insanın mina partlayışları nəticəsində həlak olması və yaralanmasına görə cavabdehlik daşıdığını etiraf edib, günahlarına görə bağışlanmasını istəmək əvəzinə şərtlə danışır. Deyib ki, Azərbaycanla mina məsələsində əməkdaşlıq edə bilərlər, amma gərək Bakıdakı separatçılar, cinayətkarlar da azad........
