menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kəllə muzeyi və yersiz banlayan xoruzlar

13 0
tuesday

Dəmir Yumruq öz sözünü dedikdən sonra Ermənistandakı revanşizm ənənələri tədricən səngiməkdədir. 6 il əvvəl Qarabağı “Ermənistan ərazisi” adlandıran Nikol Paşinyan və komandası bu gün nəinki Azərbaycan ərazilərinə qarşı hər hansı iddia ilə çıxış etmirlər, hətta davamlı şəkildə Azərbaycan Prezidentinə və dövlətinə təşəkkürlərini bildirirlər. Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınmasının ardınca, ölkəmizdən İrəvana neft məhsullarının ixracına başlanıldı, Paşinyan sonuncu təşəkkürü Sank-Peterburqa növbəti dəfə səsləndirdi. İndi sınıq-salxaq erməni revanşistləri var ki, hərdən mızıldanırlar, ancaq hərəkət edən qatarların qarşısını almağa belə, imkanları yoxdur, nəinki Azərbaycanın başlatdığı sülh prosesini əngəlləməyə.

Ermənistandakı revanşistlər kirisə də, Fransadakı revanşistlər kirimək bilmir. Fransada yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Azərbaycana qarşı yenidən sistemli və qərəzli siyasi kampaniyanın başlanması bunu deməyə əsas yaradır.

Dekabrın 17-də Paris Şəhər Şurası Azərbaycanda “qanunsuz saxlanıldığı” iddia edilən ermənilərin dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib.

Qətnamədə Azərbaycanın guya “özbaşına həbslər” həyata keçirdiyi iddia olunur, eyni zamanda beynəlxalq hüququn selektiv və siyasi motivli şərhi təqdim edilir. Paris bələdiyyəsi bir daha açıq şəkildə Ermənistanın və Qarabağdan könüllü köç etmiş ermənilərin maraqlarını müdafiə etdiyini nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını görməzdən gəlib. Sənəddə 2020-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında baş verən hadisələr təhrif olunmuş formada təqdim edilir, Azərbaycanın öz ərazisində apardığı antiterror və suverenlik tədbirləri “repressiya” kimi qələmə verilir. Paris bələdiyyəsi, eyni zamanda, əvvəlki illərdə “humanitar yardım”, “siyasi dəstək” və Qarabağ ermənilərinə “fəxri vətəndaşlıq” verilməsi kimi addımları sadalayaraq, açıq şəkildə Ermənistan tərəfinin lobbi xəttini davam etdirdiyini təsdiqləyir. Bildirilir ki, bənzər mövqe Nitsa şəhərində də........

© Müsavat