İstanbulda da “19 erməni?!” - biri Simonyana “öz |
Ermənistan Silahlı Qüvvələrinin 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verməsi sülh yolunda növbəti addım oldu. Ümid edirik ki, Qazaxın işğal altındakı 3 kəndi və Sədərəkin Kərki kəndi də Azərbaycanın tabeliyinə qaytarılacaq və bu mövzu qapanacaq. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin inkişafı da sülhün və təhlükəsizliyin qalıcılığına töhfə sayıla bilər. Rəsmi məlumata görə, təkcə Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana 26 min ton yük daşınıb. Yuxarı Lars keçid-buraxılış məntəqəsindəki “havadan asılı” vəziyyətində qalan Ermənistan üçün Azərbaycan yolunun açılması müstəsna əhəmiyyət kəsb edir. Yüklərin əsas hissəsini buğda və gübrə təşkil etməsi isə özündə çox şeyləri ehtiva edir. Digər tərəfdən, Azərbaycan Ermənistana yanacaq satışını davam etdirir. Ermənistan rəhbərliyi üçün bu addımın fövqəladə əhəmiyyəti var. Gərək Azərbaycan benzini hesabına seçkiqabağı öz işlərini xeyli yüngülləşdirməyə nail olan Nikol Paşinyan gecələr “işıqları söndürüb, qaranlıqda oynasın”.
Yenə də rəsmi statistikaya müraciət edək: indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb. Ermənistan hökuməti etiraf edir ki, Azərbaycan benzini erməni inhisarçılarının belini qırıb, qiymətlər aşağı düşüb, keyfiyyət də öz yerində.
Belə olduğu təqdirdə rəsmi İrəvanın və ümumiyyətlə, Ermənistanın üzərinə düşən nədir? Təkcə alqışla iş bitməz, görüləsi işlər var. Amma müşahidələr göstərir ki, Ermənistan rəhbərliyi müəyyən hallarda revanşistlərin ağzına “mövzu atırlar”, onların “lampasına nöyüt tökürlər”. Söhbətin nədən getdiyini açıqlayaq...
Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda keçirilən 152-ci Parlamentlərarası İttifaqın........