İran müharibəsinə yanaşmada...dövlətimizə baxıb, |
Azərbaycan işğal və terrordan çox əziyyətlər çəkib, ona görə də heç zaman müharibəni zarafat hesab eləməyib. Dövlətimizin başçısının Sülh Şurasının təsisçilərindən biri olması da Azərbaycanın nəinki regionda, bütövlükdə qlobal məkanda sülhün, təhlükəsizliyin bərqərar olunmasına yönəlik siyasətinin məntiqi nəticəsidir.
Bu mənada cənub qonşumuz İran İslam Respublikasına qarşı başlanan növbəti hərbi əməliyyatlar ölkəmizdə də narahatlıqla izlənilməkdədir. Azərbaycan sözü də imzası qədər etibarlı olan dövlətlərdən olduğunu qonşu dövlətin dar günündə bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verən ilk dövlət başçılarından oldu. Diqqət edin: “İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq. Allah rəhmət eləsin!” Bu mətndə səmimi üzüntü, müharibələrə etiraz, İran xalqına sülh, əmin-amanlıq açıq şəkildə ifadə olunur.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon İrandakı hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyəti müzakirə edib. C.Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib, dini liderin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Azərbaycan dövlətinin mövqeyi sabitdir, aydındır, sülhdən yanadır. Kimlərsə bəlkə də zənn edirdi ki, Azərbaycan və ABŞ arasında mövcud münasibətlər, hər iki ölkənin prezidentinin həsədlə izlənilən əlaqələri ölkəmizi İran mövzusunda məsafə saxlamağa sövq edəcək. Amma Azərbaycan növbəti dəfə sübut etdi ki, müstəqil siyasət yürüdür, beynəlxalq hüquqa istinad edir, ədalətli mövqeyindən onu kimsə çəkindirə bilməz! Ötən ilin iyununda, 12 günlük müharibə zamanı da Azərbaycan İrana zərbələrə, xüsusilə də mülki əhalinin hədəfə alınmasına etiraz edən, sülh danışıqlarına çağıran ilk ölkələrdən olmuşdu.
Üstəlik, Azərbaycanın XİN başçısı iranlı həmkarına hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını........