menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İrəvan metrosunda Qarabağ davası: axçi Paşinyanı

25 0
22.03.2026

Son günlər qarğıdalı, pirojki, kartof və ya sucuqlu videoları ilə reytinqinə “rəng qatan” baş nazir Nikol Paşinyan bu dəfə metrodakı söhbətiylə diqqət çəkib. Avtobusdan düşüb metroya minən Paşinyan yaxasına taxdığı “kadastr sənədi olmayan” Ermənistanın xəritəsini əks etdirən rozetlərdən birini qarşıdakı sərnişinə hədiyyə etmək istəyib. Lakin qadın baş nazirin əlini havada saxlayıb və “hədiyyə”ni qəbul etməyib.

Məlum olub ki, qadın sərnişin Qarabağdan gedənlərdəndir. Dəmir Yumruğun nə demək  olduğunu dərk etdikdən sonra “Real Ermənistan” qurmağın alternativinin olmadığını dəqiqləşdirən və bu həqiqəti ermənilər arasında yaymağa çalışan baş nazir çox deyib, qadın az eşidib.

Videokadrlardan görünür ki, axırda Paşinyan barmağını qadına tuşlamağa və səsinin tonunu qaldırmağa, qışqırmağa vadar olub. Beləcə axçinin Qarabağ hikkəsi hökumət başçısını özündən çıxarıb.

Erməni mediası yazıb ki, tərəfdarları ilə İrəvanı gəzməyə çıxan baş nazir Nikol Paşinyan “artsaxın ermənisizləşdirilməsi” ilə qadının dediklərindən sonra özünü itirib. Əslində qadının hikkəsindən sonra Paşinyanın “cin atına mindiyi” aydın görünür. Kim olsa, havalanar. Paşinyan istəyir ki, bundan sonra ölkəsindəkilər adam kimi yaşasınlar, başlarına müsibətlər gəlməsin. Amma hələ də ölkəsində sağalmaz........

© Müsavat