menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Güney Azərbaycanda QANLI YANVAR qorxusu: nə şahd

21 1
saturday

Artıq ikinci həftədir ki, İranda çox ciddi hadisələr baş verir. Bir həftəlik sükutdan sonra Təbriz, Ərdəbil, Urmu başda olmaqla, Cənubi Azərbaycanın şəhərləri də etirazlara başlayıb. Sosial-iqtisadi tələblər artıq arxa plana keçib, “Azadlıq, ədalət, milli hökumət!” kimi siyasi şüarlar daha ucadan səslənir. Güneylə əlaqəli fəaliyyət göstərən bir sıra təşkilatlar isə şənbə günü, saat 16.30-da soydaşlarımızı ayağa qalxmağa, kütləvi etiraz aksiyasında iştirak etməyə çağırıblar.

Ürəyimiz Güneylə döyünür bu günlərdə. Hadisələrin necə, hansı məcrada cərəyan edəcəyini hamımız intizarla izləməkdəyik, dualarımızı əsirgəmirik. Tikanlı məftillərin böldüyü Bütöv Vətənin o üzündəki 40 milyondan artıq soydaşımızın azadlığı, firavan həyatına qovuşması bu günlərdə ən böyük arzularımızdan biridir. 44 günlük Vətən müharibəsində Arazın o tayından Azərbaycanın qəhrəman əsgərinin erməni işğalçılarının başına od ələməsinə alqış deyən, “vur, əllərin ağrımasın”, hayqıran bacı-qardaşlarımız bu gün tarixin həlledici mərhələsindədirlər. Kaş ki, itkilərsiz o böyük arzulara qovuşaq hamılıqla! Bütün bunlar bizim, dünyada yaşayan 60 milyon azərbaycanlının arzusudur. Amma dünyada ədalət heç də asanlıqla təmin olunmur.

Elə bu günlərdə cənab Prezident açıq ifadə etdi: “Kim güclüdürsə, o haqlıdır”.

Təbii ki, söhbət gücü varkən, gerçəkdən haqlı olmaqdan getmir, sadəcə zorba üsullarla özünü “haqq-ədalət carçısı” kimi təqdim edib, istədiyinə qan tökməklə nail olanlardır müzakirələrin ünvanı. İrandakı rejim də bu sayaq “güclü-haqlı”lardan olub son bir əsrdə. Özü də başqasına, hansısa ölkəyə münasibətdə deyil, öz xalqına, daha doğrusu, istibdad altında saxladığı, özününkü saymayaraq əzdiyi türklərə qarşı. Bir ovuc erməni üçün əldən-ayaqdan gedən rejim on milyonlarla türkə qarşı ögey münasibətdə olub hər zaman. Cənubi Azərbaycanın şəhərlərini kürdləşdirmə siyasəti yürüdən, qeyri-türklərin silahlanmasına göz yuman rejim azərbaycanlıları ana dilində........

© Müsavat