Fransız TIR-ları kimi...Makron və hiylənin arxas

Fransa prezidenti Emoniel Makron Ermənistanda olarkən baş nazir Nikol Paşinyanla əl-ələ tutub, “kadastr sənədi olmayan” (ifadə erməni baş nazirə aiddir-E.P.) ölkənin paytaxtını xeyli gəzdi. Makron iki gün ərzində İrəvanda məst olunca, şərab içdi, Paşinyanın müşayiəti ilə mahnı oxudu. Kefi o qədər saz oldu ki, istədi 1993-cü ildən bağlı olan Ermənistan-Türkiyə sərhədini keçsin. Tarixə bu cür düşmək istəyirdi, alınmadı. Adam yerini bilsə yaxşıdır, hansı mövqedə olursa-olsun. Fransa prezidentinin baltası bu dəfə də daşa dəydi…

Fransanın Azərbaycana münasibəti bəllidir. Təkcə torpaqlarımızı işğaldan azad etdiyimiz günlərdə Makronun tutduğu mövqeyi xatırlamaq ona münasibətimizi müəyyənləşdirmək üçün kifayətdir. Yeni ərazilər uğrunda müharibəyə başlayan Ermənistana qarşı ədalətli müharibə aparan Azərbaycanı “işğalçı” adlandıran, Qarabağın “işğal olunmasına imkan verməyəcəyini” bəyan edən o idi. Heç bir ağlı aşında olan prezident bu sözü ağzına almazdı…Sonrakı dönəmlərdə Fransa parlamentindən Paris merinədək, Fransa XİN-dən digər fransalı rəsmilərədək o qədər pisliklər gördük ki…Proseslərin başında məhz o dayanırdı – Makron! Gah Brüsseldə, gah Qrenadada Paşinyanın dizinin dibində oturub, anti-Azərbaycan planlar hazırlayırdı, separatçılara dəstək verirdi. Azərbaycan Prezidenti tərəfindən elə dərs aldı ki, axırda onunla beynəlxalq tədbirdə görüşmək şərəfinə nail olmaqdan ötrü minnətçi düşdü.

Ötən ilin oktyabrında Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən dövlətimizin başçısı məhz həmin, Kopenhagen görüşünə istinad edərək demişdi ki, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qalıb. Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdi.

Amma baxırıq ki, Fransa hakimiyyəti yenə də ötənlərdən lazımi dərs çıxartmayıb. Azərbaycana qarşı kinini şairə........

© Müsavat