Ermənistanın “tunel siyasəti” – sonda işıq görün
İran Ermənistan arasında tunel tikintisi ilə bağlı işlərə start verilməsi 2022-ci ilin 21 oktyabrını xatırlatdı. O zaman Qərbi Zəngəzurda, Qafan şəhərində tez-tələsik İranın Baş konsulluğunun açılış mərasimi oldu, hələ suvağı qurumayan tikilinin qarşısında şarlı, lentli tədbir keçirdilər. İşlər o qədər natamam şəkildə həyata keçirilmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan o zaman İran XİN-ə başçılıq edən Hüseyn Əmir Abdullahianla birgə tikilinin qapısından içəri keçib, vəziyyətlə tanış olmağa lüzum görməmişdilər. Tələskənliyin səbəbi...torpaqlarını işğaldan azad etmiş, işğalçının şərti sərhədlər boyunca – həmin ilin 12-14 sentyabrında düşmənə növbəti sarsıdıcı zərbə vurulmuşdu - burnunu ovan Azərbaycanın üstün mövqedə olması idi. İrandakı anti-Azərbaycan qüvvələr hesab edirdilər ki, guya yarımtikilidə konsulluq qurmaqla Azərbaycanın növbəti planlarının qarşısını alacaqlar, Ermənistanda da işğal dönəmində onlar üçün nəfəslik rolunu oynayan hamilərindən çətin gündə dəstək olacaqlarını zənn edirdilər. Amma sonrakı gedişat göstərdi ki, Azərbaycanın legitim hədəflərinə çatmasına heç bir qüvvə mane ola bilməz, necə ki, nə Şurnuxu postunun qurulmasına, nə Xankəndidə separatizmin kökünün kəsilməsinə, nə də digər planlarımıza mane olmağa kimsənin hünəri, yaxud baş konsulluğu çatdı...
İndi də Ermənistanla tunel işbirliyi başlanıb. Ötən həftə Ermənistan hökuməti və İran podratçıları ölkənin cənubundakı Sünik (Zəngəzur) bölgəsində 7,2 kilometrlik tunelin tikintisinə başlayıblar. Məlumatda deyilir ki, tunel Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) krediti ilə tikilən Əkərək - Kacaran avtomobil yolunun bir hissəsi kimi tikiləcək.
Tikinti işlərinin başlanması münasibətilə Aqarak (Əkərək)-Kacaran (Qacaran) avtomobil yolunda keçirilən mərasimdə Ərazi İdarəetmə Naziri David Xudatyan və Tunel Sadd Ariana və Abad Rahan Pars International Group........
