Ermənistanı onlar xilas edəcək – sizcə, KİMLƏR?

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ətrafında ajiotaj yaratmağa çalışanlar vaxtlarını boşuna xərcləyirlər. Hər şey plan üzrə gedir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 8 avqust 2025-ci il tarixdə keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyanatının ilk bəndində deyilir: “Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”. Razılaşmaya uyğun olaraq digər bəndlər də var. Bu mənada həyata keçirilən qarşılıqlı səfərlər Bakı və İrəvanın sülhün təmin olunması və təhlükəsizliyə təhdid yarada biləcək problemlərin ortadan qaldırılması ilə bağlı ortaya qoyulan siyasi iradənin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Vaşinqton görüşündən sonra bildirmişdi ki, əldə olunmuş razılaşmaların həyata keçirlməsindən ötrü vaxt itirmədən çalışmaq lazımdır. Bir sıra hallarda Ermənistanın ləng siyasəti və ayrı-ayrı paytaxtların təzyiqləri nəticəsində yerində sayması ümumi işlərə əngəl yaradır. Amma hər halda, bu vaxta kimi delimitasiya və demarkasiya işləri çərçivəsində ilkin addımlar atılıbsa, işğal altındakı 4 kəndimiz azad edilibsə, 13 km-ə yaxın sərhəd zolağının dəqiqləşdirilməsi qətiləşibsə, nəhayət, 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə........

© Müsavat