Diqqət Bakıya: “Qəzza müsibəti” yaşayanlar üçün

Bu gündən etibarən Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi etməyə başlayıb. Əslində, dövlətimizin beynəlxalq tədbirləri keçirmək ənənəsi yeni deyil və bununla bağlı uzun illərin təcrübəsi var. Xüsusilə də 2024-cü ildə COP29-a qısamüddətli hazırlıqdan sonra Azərbaycanın kifayət qədər uğurlu şəkildə ev sahibliyi etməsi və dünyanın ən böyük tədbirini yüksək səviyyədə keçirilməsi bir çox dairələri sözün əsl mənasında heyrətləndirmişdi.

O zaman Azərbaycana qarşı kifayət qədər planlar və ssenarilər işə salınmışdı. Ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xüsusilə də zəfər qazanmış dövlətimizin növbəti uğurlu təşkilatçılığına xələl gətirməyə cəhd göstərən beynəlxalq şəbəkələr də hərəkətə keçmiş, ayrı-ayrı paytaxtlardan qarayaxma kampaniyalarına start verilmişdi. Amma bütün bunlar Azərbaycanın həyata keçirdiyi təşkilatçılığı və tədbirin yüksək səviyyədə reallaşmasını əngəlləyə bilmədi. Bundan sonra BMT-nin Şəhərsalma Forumunun keçirilməsi istiqamətində rəsmi Bakının namizədliyini irəli sürməsi və bununla bağlı əldə olunan razılaşmalar heç şübhəsiz ki, ötən illərdə qazanılmış təcrübədən və özünəinamdan irəli gələn qərar idi. COP29-dan öncə də Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünə, həmçinin Türk Dövlətləri Təşkilatının tədbirlərinə və bir sıra digər beynəlxalq platformalarda özünün yüksək bacarığını və ciddi uğurlara imza atmaq imkanlarını təsdiqləmişdi. Eyni zamanda qlobal səviyyədə dialoq məkanı kimi Bakı və Azərbaycanın digər şəhərləri də ötən illər ərzində kifayət qədər tanınmağı bacarıb. Şəhərsalma Forumuna 182 ölkədən 50 mindən artıq iştirakçının qatılması faktı da 13-cü sessiyanın əhatə dairəsinin genişliyindən xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bir sıra cəhətlərinə görə dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Bu barədə az sonra bəhs edəcəyik...

Forumun təşkilatçılığı barədə yaxından təsəvvür formalaşdırmaq üçün elə ilk gündə Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək qərarına gəldik. “Koroğlu” metrostansiyasından başlayan istiqamətləndirici işarələr, məlumat lövhələri, həmçinin xüsusi geyimli könüllülərin fəallığı məmnunluq doğururdu. Həmin könüllülərdən biri ilə birlikdə “Koroğlu” metrostansiyası yaxınlığından tədbir iştirakçılarını ünvana çatdırmaq üçün ayrılmış xüsusi avtobusların dayanacağına qədər bərabər getdik və avtobusla Forumun keçirildiyi möhtəşəm Bakı Olimpiya Stadionuna........

© Müsavat