Çəmənlikdə balıq tutan adam, Əzrayılın bala payl

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Ermənistanla bağlı da müzakirələr aparılacaq. Erməni mediası qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa istinadən sevincək xəbər yayıb. Müzakirələrin səbəbinə gəldikdə, Kaya Kallas xanım belə deyib:

“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”.

Ermənistan hakimiyyətinin qarşıdan gələn parlament seçkiləri ərəfəsində “xarici müdaxilə” təhlükəsi ilə bağlı Avropa İttifaqından dəstək istədiyini İrəvanda da təsdiqləyiblər.

İrəvan Aİ-dən seçki prosesinin qorunması və mümkün xarici təsirlərə qarşı mübarizə sahəsində yardım göstərilməsini xahiş edib. Qeyd olunur ki, bu addım Brüsselin daha əvvəl Ermənistana “Rusiya təsirinə qarşı mübarizə” məqsədilə 15 milyon avro ayırmasından sonra atılıb.

Məşhur lətifə yada düşür. Deyir bir ağıldankəm əlində tilov çəmənlikdə oturubmuş. Ətrafdan keçən bir nəfər ondan burda oturmasının səbəbini soruşur, “balıq tuturam”, cavabını alanda şirniklənir. “Tutduğun balıqlardan mənə də verərsənmi”, sualına müsbət cavab alır, oturur yanında. Üçüncü şəxs yaxınlaşır və onların burada nə etdiklərini soruşur. “Balıqçı” ona da eyni cavabı verəndə adam qayıdır ki, “axmaqsan, çəmənlikdə də balıq olar?” Bu da qayıdır ki, “axmaq mən deyiləm e, məndən balıq payı gözləyəndir”.

Yaxud “Bala paylayan Əzrayıl” misalını da çəkmək olar. Beləcə Ermənistan Avropa İttifaqına “xilaskar” statusunda yanaşır. Görəsən, bu ölkədə doğrudanmı hələ reallığı tam şəkildə anlamırlar?Avropa İttifaqı postsovet məkanında........

© Müsavat