Bakıdan İrəvana tarixi səsləniş - Paşinyan da mö |
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı İrəvanda keçirilsə də, Azərbaycansız keçinmək mümkün olmadı. Ermənistan paytaxtına toplaşanlar Bakıya birbaşa bağlantı halında Prezident İlham Əliyevi dinləməli oldular. Bu, Azərbaycanın Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqdır.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan liderini təqdimatı da xüsusi qeyd olunmalıdır. İrəvandan Bakıya xitabən beləcə deyildi: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev canlı videobağlantı vasitəsi ilə sammitə qoşulur. Buyurun, cənab Prezident!”. Və Azərbaycanın dövlət başçısı “Bakıdan salamlar!”, deyərək çıxışına başlayır.
Avropa Parlamenti və AŞ PA-da belə mənzərəni heç arzulamırdılar. Hələ gorbagor olmuş Minsk Qrupunun həmsədrlərini demirik. Onlar Azərbaycan və Ermənistan arasında sülh prosesini hələ çox onilliklər davam etdirmək, ölüncə “vasitəçilik” etmək, dövranlarını sürmək istəyirdilər. Torpaqlarımızı azad etdikdən sonra Azərbaycana qarşı faktiki olaraq sanksiya qərarı verən AŞ PA ilə birgə Avropa Parlamenti də kirimək bilmir. Azərbaycan Prezidentinin İrəvan sammitinin iştirakçılarına xitabən sadaladığı faktlar əslində ifşa çıxışı oldu.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkür etməklə yanaşı, təəssüflə qeyd edib ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Sitat: “Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyduq. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini........