Alçaq iftiranın arxasındakı niyyət |
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra torpaqlarını işğaldan azad etməsi, həmçinin cəmi bir gün çəkən antiterror əməliyyatı nəticəsində separatizmin kökünü kəsməsindən sonra bir çox xarici qüvvələrin qarnına əməlli-başlı sancı dolub. İllər keçsə də, hələ ki, bəzi çevrələr Azərbaycanın qazandığı zəfəri həzm edə bilmir.
Bundan öncə Avropa Parlamentinin və AŞPA-nın ölkəmizə qarşı qarayaxma kampaniyası heç bir nəticə vermədi, hətta ayrı-ayrı parlamentarlar səviyyəsində Azərbaycana qarşı çirkin kampaniyanın yolverilməz olduğu barədə etiraflar səslənməyə başladı. Bu dəfə estafet çubuğunu CNN-ə ötürüblər.
Xəbər kanalı internet səhifəsində Azərbaycana qarşı heç bir əsası olmayan çirkin məqsədli materialı tirajladı. Açıq şəkildə görünür ki, belə bir əsassız materialın, qarayaxmanın ortaya atılması, tirajlanması səbəbsiz deyil. Azərbaycanın sabitlik adası olması, öz hədəflərinə doğru qətiyyətli şəkildə irəliləməsi, prinsiplərindən zərrə qədər də olsun geri çəkilməməsi beynəlxalq səviyyədə bir sıra çevrləri narahat edir. Ona görə də ayrı-ayrı vətəndaş cəmiyyətinin təmsilçiləri, beynəlxalq təşkilatlar, media qurumları tərəfindən ölkəmizə qarşı iyrənc kampaniya davam etdirilir. Guya Azərbaycan ərazisində İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi məqsədilə İsrailin hansısa qüvvələri yerləşdirilibmiş. Absurd, cəfəngiyyat dolu iddia!
Əvvəla belə bir hadisə olsaydı, korrupsiya, rüşvət proqramından süzüldüyü aydın görünən bu “məlumat”dan ilk öncə CNN-in qərəzli və çərənçi təmsilçiləri xəbər tutmazdılar. Ən azı bütün sərhədlərini dörd gözlə müşahidə edən İran kəşfiyyatının hansısa iddiaları olardı və təbii ki, cavabı arqumentlərlə verilərdi. Digər tərəfdən, Azərbaycan dövlətinin birmənalı şəkildə prinsipial mövqeyi bundan ibarətdir ki, İrana qarşı planlarda hər hansı şəkildə yer almayacaq! Hətta cənab Prezident ilk dəfə Vaşinqtona rəsmi səfər edərkən bunu Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan və İran arasında 2002-ci ildə bir-birinin ərazisindən istifadə edilməməsi barədə anlaşma var. Azərbaycan tərəfi öz imzasına sədaqətlidir. Hətta Qarabağın işğalda olduğu illərdə, İranın Ermənistan üçün nəfəsliyə çevrildiyi zamanda belə, Azərbaycan öz imzasına hörmətlə........