36 il öncəki qırğın və “Atan kazaklardır” həqiqə |
Bu sətirləri yazarkən gözlərimin qarşısına 36 il öncəki o dəhşətli hadisələr gəlir: sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar...
Yeniyetmə yaşımda yaddaşıma ömürlük qanlı damğasını vurdu “qırmızı imperiya”nın “sovet ailəsi”nin üzvü olan respublikanın paytaxtında tökdüyü qanlar. O vaxtlar həmyaşıdlarım İlqar İbrahimov, Larisa Məmmədovanın, Veranın, Nərimanın qətlə yetirməsindən o qədər təsirlənmişdim ki...İlqarın gülərüz siması bu günədək gözlərimin qarşısındadır. Amma Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərləri üçün fərqi yox idi, günahkar, ya günahsız, onlar öldürməyə gəlmişdilər. Özü də bu, ilk dəfə deyildi ki...Çar Pyotrun zamanından üzü bəri dəfələrlə eyni məram-məqsədlə yağmalamışdılar məmləkətimizi: 1813-28-ci illərdə Böyük Azərbaycanı tikə-parça edəndə də, 1920-ci ildə Cümhuriyyətimizi qan gölündə boğanda da, Qarabağda separatçılara meydan verəndə də...90-cı illərdə Dövlət Televiziyasının enerji bloku partladılandan sonra xəbər almaqdan ötrü radio tezliklərini arayırdıq, “Davam edir 37...” nidası ilə yaxşı xəbər intizarındaydıq. Amma başımıza nələr gətirdilər ölkə boyunca, Lənkəranda, Neftçalada...
Sovet imperiyasının can üstə olduğu bir zaman idi, gözlərini qan örtmüş imperiya caniləri qətliamlarla xalqları susdurmağa, “xalqlar həbsxanası”nın mövcudluğunu qoruyub-saxlamağa çalışırdılar. 1989-cu ilin 9 aprelində Tiflisdə də qırğın törədilmişdi. 1991-ci ilin yanvarında isə Litvanın paytaxtı Vilnüsdə qırğınlar törədilmişdi. Xalqların gözünün odunu alırdılar ki, başqa fikrə düşməsinlər. Amma xalqlar həbsxanası darmadağın oldu və Azərbaycan da 71 illik əsarətdən sonra yenidən dövlət müstəqilliyini bərpa etdi. Amma Rusiya əl çəkdimi? Ermənistana dəstək verməklə torpaqlarımızın işğalına nail oldu. Təkcə bir fakt kifayətdir: Sədərək rayonunun hələ də işğal altında olan Kərki kəndi məhz 90-cı illərin yanvarında erməni silahlıları tərəfindən zəbt edildi. O zaman Kremldəkilər “sovet ailəsi nağılı” danışıb bizi........