“Nə yaxşı gəlmisən, bala!”

Prezident İlham Əliyev budəfəki bayram günlərində də ənənəsinə sadiq qalaraq azad olunmuş, bərpa edilmiş daha bir yaşayış məntəqəsinin sakinləri ilə öz evlərində, yurdlarında görüşdü. Mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşdə dövlətimizin başçısı Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbriklərini Şuşanın Böyük Qaladərəsi kəndində dilə gətirdi, Qalib Ali Baş Komandana minnətdarlıq, təşəkkür dolu səmimi duaları eşitdi.

Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşdən yayılan kadrlara həyəcansız baxmaq mümkün deyil. Həmin qürur, sevinc dolu kadrları izlədikcə qeyri- ixtiyari xəyalən illər öncəyə ekskurs etməyin özü də əzablıdır. On illərlə işğal altında qalan bu cənnət məkan nələrə şahid olub?..Hətta 44 günlük Vətən müharibəsindən sonra erməni separatçılarının bu ərazilərdə hansı oyunlar çıxartdığını da unutmamışıq. 2022-ci ilin bu günlərində, Vətən müharibəsindən il yarım sonra bu ərazidəki erməni separatçıların Azərbaycanın alternativ yol çəkilişinə belə mane olmağa cəhd göstərdiklərindən yazırdıq. O zaman Azərbaycana məxsus yük avtomobillərinin hərəkətinə maneçilik törədirdilər, özü də Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında baş verirdi bu insidententlər. Amma ermənilərə gizli və açıq dəstək verən Rusiya hərbçiləri onların özbaşınalıqlarının qarşısını almağa maraqlı olmadığlarını nümayiş etdirirdilər. Azərbaycan hətta birgəyaşayış naminə alternativ yollar çəkirdi Azərbaycan kəndlərinə, təki sülh olsun deyə. Bu gün Azərbaycandan guya qovulduqlarını iddia edən ermənilər isə o zaman........

© Müsavat