Neo-kolonializmdən güc siyasətinə: Yeni dünya ni
Son illərdə dünyada baş verən hadisələr beynəlxalq münasibətlər sisteminin köklü dəyişikliklərə məruz qaldığını göstərir. Uzun illər ərzində beynəlxalq hüququn, çoxtərəfli diplomatiyanın və qlobal institutların üstünlüyü haqqında danışılırdı. Lakin Ukraynadan Yaxın Şərqə, Afrikadan Cənubi Qafqaza qədər yaşanan proseslər getdikcə daha aydın göstərir ki, müasir dünyada hüquq təkbaşına kifayət etmir. Hüququn arxasında siyasi iradə və güc olmadıqda onun təsir imkanları məhdudlaşır.
Prezident İlham Əliyevin yaxın vaxtlarda səsləndirdiyi "dünya qanunun deyil, gücün söz sahibi olduğu bir dövrə qədəm qoyur" fikri məhz bu reallığın ifadəsidir. Bu yanaşma ilk baxışda sərt görünə bilər. Lakin son onilliyin beynəlxalq hadisələrinə nəzər saldıqda həmin fikrin emosional bəyanatdan çox, beynəlxalq münasibətlərin real mənzərəsini əks etdirdiyini görmək mümkündür.
Beynəlxalq hüququn əsas problemi hüquqi normaların olmaması deyil. BMT Nizamnaməsi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və güc tətbiqinin qadağan olunması........
