İran uduzur, amma hələ ...uduzmayıb |
ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma artıq bir mühüm həqiqəti üzə çıxarıb: bu müharibə nə qısa olacaq, nə də klassik mənada həlledici nəticə verəcək. İlk mərhələdə yüksək intensivlikli zərbələr sürətli qələbə illüziyası yaratsa da, hadisələrin gedişi bunun əksini göstərdi. Qarşıdurma tədricən nokautla bitən müharibədən daha çox, uzunmüddətli aşındırma strategiyasına çevrildi. Bu kontekstdə “İran uduzubmu?” sualı əslində yanlış qurulmuş sualdır. Daha dəqiq ifadə belə olmalıdır: İran uduzur, amma hələ uduzmayıb.
ABŞ və İsrail bu qarşıdurmaya açıq hərbi üstünlüklə daxil oldular. Hava üstünlüyü, texnoloji imkanlar və kəşfiyyat qabiliyyətləri onlara İranın daxilində hədəfləri sistemli şəkildə vurmağa şərait yaratdı. Komanda strukturlarının hədəfə alınması, strateji obyektlərin sıradan çıxarılması və koordinasiya mexanizmlərinin pozulması bu kampaniyanın əsas elementlərinə çevrildi. Lakin bütün bu zərbələr klassik hərbi qələbə ilə nəticələnmədi. İran hələ də cavab vermək qabiliyyətini qoruyur. Raket hücumları davam edir, regiondakı təsir nöqtələri aktiv qalır. Bu, ildırım müharibəsi deyil, qarşılıqlı aşınma üzərində qurulmuş davamlı təzyiq müharibəsidir.
Müharibənin məntiqi göstərir ki, ABŞ və İsrailin məqsədi qısa müddətdə İran rejimini devirmək deyil. Əsas hədəf İranın........