Ermənistanın geosiyasi sıxılması: Moskva səfərin |
Moskvanın “Paşinyan problemi”
Ermənistanın son dövrlərdə apardığı xarici siyasət kursu onun geosiyasi reallıqlarla nə dərəcədə üz-üzə qaldığını açıq şəkildə göstərir. Emil Avdalianinin 9 aprel 2026-cı il tarixli “Russia to Armenia: Do as We Say” adlı məqaləsi məhz Nikol Paşinyanın Moskvaya səfəri fonunda bu reallıqları sərt və kompromisssiz şəkildə ortaya qoyur. Bu səfər formal diplomatik görüşdən daha çox, güc münasibətlərinin nümayişi və Moskvanın Yerevana ünvanladığı açıq mesaj kimi qiymətləndirilə bilər.
Paşinyanın Vladimir Putinlə görüşü zamanı səslənən “choose us… or choose the European Union… You cannot choose both” fikri, yəni “ya bizi seç, ya da Avropa İttifaqını seç, hər ikisini eyni anda seçə bilməzsən” ifadəsi əslində Ermənistanın son illərdə yürütməyə çalışdığı balans siyasətinin iflasını simvolizə edir. Ermənistan rəhbərliyi bir tərəfdən Rusiya ilə ənənəvi təhlükəsizlik və iqtisadi bağları qorumağa çalışır, digər tərəfdən isə Avropa İttifaqı ilə yaxınlaşma xətti yürüdür. Lakin bu iki istiqamət bir-biri ilə ziddiyyət təşkil edir və Moskva artıq bu ziddiyyətə dözümlü yanaşmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir.
Məqalədə vurğulandığı kimi, “Armenia has few options to counter Russian pressure”, yəni “Ermənistanın Rusiyanın təzyiqinə qarşı qoyacaq çox az seçimi var”. Bu fikir Ermənistanın real geosiyasi vəziyyətini qısa və dəqiq şəkildə ifadə edir. Ölkə təhlükəsizlik........