Siyasi dərnək təfəkküründən əl çəkməyənlər - Asi
Bir neçə ildən sonra hamımıza aydın olur ki, Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bəzi siyasi partiyalara xitabən niyə məhz “dərnək tipli qruplaşma” ifadəsindən istifadə etmişdir. Həqiqətən də, bəzi siyasi partiyalar uzun illər ərzində öz inkişafında mahiyyət etibarı ilə dərnək səviyyəsində ilişib qalmışdır. Sözügedən vəziyyət və durğunluq ilk növbədə ölkənin siyasi sistemində zəif bənd və təxribat yuvaları axtaran xain qüvvələrə sərf edir.
Azərbaycanda hökumət ilə siyasi partiyalar arasında əlaqələndirici institut kimi məhz beynəlxalq təşkilatlar və ya konkret xarici dövlətlər çıxış etdiyi dövrü hamımız çox gözəl xatırlayırıq. Sanki könüllü olaraq siyasi həyatımızı xarici qüvvələrin öhdəsinə təhvil verdiyimiz həmin dövrdə müstəqilliyimiz çox kövrək idi və ciddi təhdidlər ilə üz-üzə qalmışdı. O cümlədən siyasi partiyalar vasitəsilə ölkənin daxilində gərgin mühit yaradan xarici qüvvələr daha sonra vasitəçi institut kimi çıxış edirdilər. Odur ki, bu günün dəyərini bilmək üçün qeyd olunan keçmişimizi unutmamalı və milli həmrəyliyimizi qərəzli manipulyasiyalardan qorumalıyıq.
Etiraf olunmalıdır ki, yaradılma tarixləri dövlətin ilk müstəqil addımlarının atılması dövrünə təsadüf olunan partiyalar əsasən demokratik və vətəndaş cəmiyyətinin təzahürü kimi meydana gəlməyib. “Çayxana mentalitetinə” tabe olan və mahiyyətcə daha çox siyasətbazlar dərnəyinə oxşayan siyasi partiyalarının böyük əksəriyyətinin həmin dövrdə yaranmasına səbəb, yumşaq desək, heç də dövlət və dövlətçilik sevgisi olmayıb. Həmin dövrdə siyasi partiya yaradanların sırasında........
