Heydər Əliyev məktəbindən keçən jurnalist: Sakit Ocaqlı
2000-ci il dekabrın 29-u. AzTV-nin “Xəbərlər” redaksiyasında işləyirəm. Otaqda altı nəfər otururuq. Baş tərəfdə Siyasət şöbəsinin müdiri, Prezident Heydər Əliyevin xarici və yerli tədbirlərini işıqlandıran Sakit Ocaqlı, parlament müxbiri Gülsəfa Əhmədova, Telman Nəzərli, telejurnalistikada təsadüf Ərsalan Əliyev, aparıcı, jurnalist Esmira Çərkəzqızı və mən. Mən onların hamısından təzəyəm. Filoloji təhsilim olmasına baxmayaraq, jurnalistika təcrübəm cəmi 4 ildir. 34 yaşım var. Bu 4 ildə çox şey öyrənmişəm. AzTV mənimçün böyük məktəb olub. Baş redaktor Həsən Həsənov, müavini Mülatif Adurov başda olmaqla “Xəbərlər”in bütün heyətinin hər birindən azacıq da olsa nəsə götürmüşəm və götürməkdə davam edirəm. Bu bilikləri nə orta məktəbdə, nə də ali məktəbdə almaq mümkündür. Lenin babamın Azərbaycan dilinə səhv tərcümə olunan “Oxumaq, oxumaq, yenə də oxumaq” kəlamını dilimizə “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” kimi düzgün çevirib bacardığım qədər bəhrələnirəm.
Müəllimlərim paxıl deyillər. Soruşanda başa salırlar, yol göstərirlər. Süjetlərimdə nəsə səhv görəndə həmən deyirlər. Sakit Ocaqlı, Akif Məcidoğlu, Gülsəfa Əhmədova, Akif Təvəkküloğlu, Qərənfil Xəlilova, Akif Cabbarov, Azad Müzəffərli, Faiq Sadıqov AzTV-də sovet dövründən işləyirdilər. Bütün dövrlərdə dövlətin bir nömrəli proqramı sayılan “Xəbərlər”də çevrilişlərə, hakimiyyət dəyişikliklərinə şahidlik etmişdilər. Nəinki şahidlik etmişdilər, hadisələrin mərkəzində olmuşdular. Çox idi “Xəbərlər”də belə informasiya daşıyıcıları. Amma ələnib, ələnib mənim bəxtimə onlar qalmışdılar. Hamısı da xəbər dağarcığı idi. Hərəsinin də nə boyda sandığı – sandıq ədəbiyyatı. Amma heç biri bu barədə heç nə yazmadı. Bircə Esmira Çərkəzqızı “Səhər” proqramında müsahibləri ilə söhbətlərini bir yerə yığıb kitab halında nəşr etdirdi.
Mən AzTV-yə 1996-cı ildə gəldim. Çevrilişlərə son qoyulmuşdu, 4 iyun, mart, oktyabr hadisələri... arxada qalmışdı. Düzdü, 11 il işlədiyim müddətdə də siyasi hadisələr baş verdi. Qurama mitinqlərin daimi reportyoruna çevrildim. Heydər Əliyev məktəbindən mən də nəsə öyrənə bildim. Amma izahı böyük həmkarlarımdan gəlməklə.
İndi soruşacaqsınız ki, bəs yazımı niyə 1996-cı illə başlamadım? Məqsədim var. Dekabrın 28-də Sakit dedi ki,........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Waka Ikeda
Grant Arthur Gochin