Hacıbala Abutalıbovun jurnalistlərdən incikliyi: "...elə bil ki, qəbirdə ölü görürəm” |
Mahir Qabiloğlu Mən bu yazımda Hacıbala Abutalıbova daha çox ailəmizin baxış bucağından baxacağam: Atamın, anamın və mənim. Sağlığında qiymət verək insanlara. Vəzifədən çıxandan sonra... çifayda. BUĞA 1995-ci il idi. Atam dedi ki, “gəl maşını götür, apar məni Suraxanıya. İcra başçısı Hacıbala dəvət edib. Yaxşı kişidir. Səni də tanış edəcəyəm. Nə qədər dedi ki, “Qabil müəllim, maşın göndərim dalınca...”, razı olmadım. Dedim ki, Mahirlə gələcəyəm”. Səhəri gün atamla gəldik Suraxanı rayon İcra Hakimiyyətinə. Binanın qarşısında qələbəlik vardı. Qonaqlar, sakinlər. Yol aldıq Zığ qəsəbəsinə. Burada buğa heykəlinin açılışı idi. Mən sonra bildim ki, cavanlığı Leninqradda (indi Sankt-Peterburq) keçən Hacıbala müəllim artıq rayon ərazisində bir neçə heyvan heykəli ucaldıb. Bəs niyə məhz buğa. Sonradan məlum oldu ki, onun da, bizim də ideal kimi baxdığımız Heydər Əliyev buğa bürcündənmiş. Ona görə. Tədbir bununla yekunlaşmadı. Ev tikdirməyə ehtiyacı olanlara torpaq sahələrinin sənədləri də təqdim olundu. Sonra da Hacıbala müəllim elan etdi ki, “mənim qəbul günüm yoxdur. Günün hansı vaxtı gəlsəniz qulluğunuzda hazıram”. "HACIBALA MÜƏLLİM, SU GƏLMİR" AzTV-nin “Xəbərlər”ində işləyirdim. Baldızım işə zəng elədi. Bacanağımgil Suraxanı rayonunun Günəşli qəsəbəsində 9 mərtəbəli evin 8-ci mərtəbəsində yaşayırdılar. Şikayətləri də bu idi ki, “Mahir, bir həftədir binada su yoxdur”. Zəng elədim 09-a. İcra Hakimiyyətinin nömrəsini aldım. Telefonu Hacıbala müəllimin özü götürdü. Çaşıb qaldım. Demə məlumat bürosuna öz nömrəsini veribmiş. Məni tanıdı. Dərdimi dedim: - Hacıbala müəllim, zəng eləmişdilər sakinlər. Şikayətləri var. Filan binada bir həftədir ki, su yoxdur. - Mahir, Suraxanı rayonunda su problemi yoxdur. - Necə yəni yoxdur. Baldızım zəng eləmişdi ki, bəs “suyumuz gəlmir”. - Suyumuz gəlmir ola bilər. Amma Suraxanı rayonunda su problemi yoxdur. İnanmırsan zəng elə baldızından bir də soruş. Dəstəyi asdı. Yenidən baldızıma zəng etdim. Məlum oldu ki, xətdə su var, sadəcə nasos işləmədiyindən........