Zərif YUBİLYAR
Zəhra xanımı 1980-lərin əvvəlindən tanıyıram. Bu tanışlıq əvvəlcə qiyabi idi. Dövlət Televiziyasında 7 il fasiləsiz (1983-1990) hazırladığı “Zəriflik” adlı müəllif proqramının tiryakisi idim, aludə olmuşdum o verilişə bir çoxları kimi. Ana dilimizə hakimiyyəti, səlis və məlahətli danışığı, zəngin söz dağarcığı, ekran mədəniyyəti tamaşaçını valeh edirdi.
“Klassik musiqi haqda ancaq rus dilində danışılar” kimi bir tabunu yıxmışdı Zəhra xanım. Sovet təbliğat maşının intensiv işlədiyi o vaxt bunları etmək həm cəsarət tələb edirdi. Klassik musiqidən uzaq olanlar belə ekran qarşısına keçib ona qulaq verir, nəsə yeni bir şeylər öyrənmək istəyirdilər. Bəziləri də aparıcının nə danışdığına fikir vermir, onun daxili zənginliyi ilə kübar və əsalətli duruşuna baxırdılar.
“Zəriflik” bir yenilik, televiziya məkanımızdakı ilk müəllif proqramlarından biri idi. Virtuoz........
© Modern.az
visit website