Redustio ad Absurdum və Arz-ı Mövud
Bir xəritəyə baxırdım. Sərhədlər qələmlə çəkilmiş xətlər kimi görünürdü, sanki onları silmək də, yenidən çəkmək də çox asandır. Amma bilirdim ki, bu xətlərin arxasında minilliklər, müharibələr, yaddaşlar, məzarlar, dillər və səssiz qalan milyonlarla həyat dayanır. Xəritə sadədir. Tarix isə heç vaxt sadə olmur.
Elə bu ziddiyyət məni bir məntiq üsuluna – “Reductio ad absurdum”a qaytardı.
Bəzən bir fikri təkzib etməyin ən təsirli yolu ona qarşı çıxmaq deyil, onu öz məntiqinin son həddinə qədər aparmaqdır. Elə bir həddə qədər ki, sonda həmin fikir özü özünü dağıtsın. Fəlsəfədə buna “Reductio ad absurdum” deyirlər. Yəni bir iddianı müvəqqəti qəbul edirsən, sonra onun nəticələrini ardıcıl şəkildə açırsan və görürsən ki, nəticə həqiqətə yox, absurda çıxır.
Bu üsulun gücünü ilk dəfə anlayanda məni ən çox heyrətləndirən şey onun sadəliyi idi. Heç nəyi zorla dağıtmır. Sadəcə, fikrə öz sonuna qədər getmək imkanı verir.
Arz-ı Mövud – “Vəd edilmiş torpaqlar” məsələsinə də məhz bu baxışla yanaşmaq mümkündür.
Yəhudi dini ənənəsində Arz-ı Mövud Tanrının Hz. İbrahimə və onun soyuna vəd etdiyi torpaq anlayışıdır. Bu, dini yaddaşda əhdin, qayıdışın, hafizənin və mənəvi bağlılığın rəmzidir. Bu qatın mövcudluğunu inkar etmək nə elmi, nə də intellektual baxımdan doğru olmaz.
Amma problem burada başlamır. Problem o zaman başlayır ki, dini yaddaşa aid olan bir anlayış müasir siyasi hakimiyyətin dəyişməz və mübahisəsiz hüquqi əsası kimi təqdim edilir.
İndi əsas iddianı quraq.
Tutaq ki, qədim dini mətnlərdə bir xalqa vəd edilmiş torpaq varsa, deməli, həmin xalqın bu gün həmin torpaq üzərində........
