NAVA: Yaddaş və unudulmaq

“Şəhər sadəcə binalardan ibarət deyil,  o, bizim xatirələrimizin qəbiristanlığı və ümidlərimizin səhnəsidir”, - Məhəmməd Əli Sepanlou

Bəzən bir mahnı insanı ağladır – ağlamaq üçün yox, başqa çıxış yolu qalmadığı üçün. NAVA adlı iranlı gənc müğənninin “Mirdamad Bulvarı” mahnısını ilk dəfə eşidəndə ölkənin bir çox şəhəri, paytaxt da daxil olmaqla, ağır bombardman altındaydı. NAVA isə sanki Tehranın yaddaşını bir qab kimi tutub uzadır və deyir: “Al, içindəkini iç”.

Şeirin sözləri Məhəmməd Əli Sepanlouya (1940–2015) aiddir. “Tehranın şairi” adlandırılan Sepanlou üçün bu şəhər heç vaxt dəmir-beton yığını olmayıb. Tehran onun üçün canlı orqanizm idi – nəfəs alan, köhnəlib yenilənən, hər daşın altında xatirə gizlədən bir varlıq. Bulvar isə Səfəvi dövrünün böyük filosoflarından Mir Damadın (1561–1631) adını daşıyır. Tehranın şimalında uzanan bu prospekt şeirdə sadəcə coğrafi məkan deyil — zamana açılan körpüdür.

NAVA-nın səsi bu sözlərə sarıldıqca şəhər həm yaxınlaşır, həm də uzaqlaşır. O, payızın şəffaf günortasında bulvarla addımlayır, asfaltın altından isə qədim şəhərin səsini eşidir. Bu, nostalgiya deyil. Bu, mövcudluğun arxeologiyasıdır.

Sepanlou Mirdamad Bulvarını palimpsest kimi görür........

© Modern.az