Flinn effekti |
Uşaq ikən çoxumuz böyüklərimizdən “Mən sən yaşda olanda…” sözləri ilə başlayan nəsihətlər silsiləsini çox eşitmişik. Onlar adətən valideynlərin övladlarından narazı qalması, giley-güzarları ilə bağlı olurdu. Atamın məni danlayanda “Sənin yaşında ikən mən…” deyə başladığı tədris-tərbiyə “seansını” baxdım ki, illər sonra ata olanda özüm də uşaqlarıma tətbiq etməyə başlamışam.
Uşaqlar valideynlərindən dahamı səfeh və axmaqdırlar, yoxsa əksinə?
Tədqiqatçılar gənc nəsillərin orta IQ səviyyəsinin yaşlı nəsillərdən daha yüksək olduğunu aşkar ediblər…
“Flinn effekti” deyə bir fenomen var.
Bu, orta IQ göstəricilərinin (intellekt əmsalının) nəsildən-nəslə davamlı artması fenomenidir. 1984-cü ildə amerikalı psixoloq Ceyms Flinn (James Flynn, 1934 – 2020) tərəfindən aşkar edilib. “Flinn effektinə” görə yeni nəsil bir əvvəlkinə görə daha ağıllı, intellekt səviyyəsi daha yuxarı olur.
Məncə, “Flinn effekti” fenomeninə........