Amma yenə də Sakuralar çiçək açır...
Fudzinin Çəhrayı Yuxusu: Sakuranın İzində
Yaponiyanı görməmişəm. Lakin bu ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında o qədər oxumuşam ki, bəziləri məni az qala "yaponşünas" sanardılar. Ata evimizdə Yaponiya ilə bağlı çox kitab var idi. Sonralar anladım ki, "Günəşin doğuldu ölkəyə" aşiq olmaq üçün əslində bir kitabı – Vsevolod Ovçinnikovun Sakura budağı kitabını oxumaq kafidir.
O əsəri oxuduğum gündən sakuranın çiçək açmasını – o gözəlliyi canlı-canlı görmək istəyirəm. Sanki bahar bir sabah sakit-sakit gəlir, torpağın üstündəki bütün ağaclara pıçıltı ilə "vaxtıdır" deyir. Və o an dünya birdən-birə çəhrayıya bürünür. Təbiət özünün ən zərif şeirini yazmağa başlayır...
Sakura, yəni yapon albalısı bir ağacdan daha çox bir mövsümün nəfəsidir. Onun ləçəkləri o qədər incədir ki, külək əsəndə sanki havada çəhrayı qar yağır. Ağacın altında duran adam başını qaldıranda göyüzünü yox, çiçəklərdən ibarət bir səma görür.
Uzaqda........
