Adını TURAN qoydum
Türkiyə və türklərlə ilk tanışlığım atamın şəxsi kitabxanasındakı türkcə kitablardan başlayıb. 10-11 yaşlarımdan 17 cildlik “Türkiye Ansiklopedisi”ni vərəqlədiyimi xatırlayıram. Yaşım artdıqca bədii ədəbiyyat oxumağa başladım. Və təbii ki, Nazim Hikmətdən başladım. Çünki o zamanlar onun 8 cildlik “Bütün Eserleri” bizdə də vardı. Bu kitablar Bolqarıstanın “Narodna Prosveta” nəşriyyatında çap olunduğu üçün onlar Moskvadakı xüsusi kitab mağazasında satılırdı.
“Türkiye Ansiklopedisi” isə Sofiyada deyil, İstanbulda çap olunmuşdu və atam ensiklopediyanı bir gəmi kapitanından çox böyük pula almışdı. O vaxt bu kitabları almaq da təhlükəli idi, saxlamaq da. Mənfur rejim hələ dağılmamışdı…
* * *
“Narodna Prosveta” (bolq. Xalq Maarifi) 1945-ci ildə Bolqarıstanda yaradılmış dövlət nəşriyyatıdır. Rəsmi Sofiya 1949-cu ildə “Kitab çapı haqda” qanun qəbul edir və bütün poliqrafiya sənayesi dövlətin əlinə keçir. Gizli məqsədlərdən biri Bolqarıstandakı türklərin nə oxuduqlarını nəzarətə almaq idi. Moskva isə bu kitabları yaymaqla Sovet İttifaqındakı türk milliyyətçiliyinə qarşı türkcə sosialist təmayüllü kitabları təbliğ etdiyinə inanırdı.
Təsadüfi deyil ki, Sovet dövründə satılanlar əsasən sol təmatüllü ədəbiyyat adamlarının –Nazim Hikmət, Aziz Nesin, Sabahattin Ali, Haldun Taner, Orhan Veli və b.........
© Modern.az
visit website