Ortalığı batıran "alimlər"
Dilçi-tarixçi alim olaraq tanıdılan Firudin Cəlilov böyük elmi nüfuz sahibi kimi müdrik görkəm alaraq son günlər müzakirə mövzusu olan məsələ ilə bağlı belə bir açıqlama verib: "Fazil Mustafaya deyin, gedib XIV əsrdə Rəşidəddinin qələmə aldığı Oğuznaməni oxusun. 600 il bundan qabaq yazılıb. Oğuz Xan türklərin ulu babasıdır. Oğuz Xan deyir ki, Azərbaycan adı Azər xalqı ilə bağlıdır. Azərlər türklərdir. Türklərdə azman adam, hörmətli adam, nüfuzlu adam, intellektual səviyyəsi olan adamlara Azər deyilir. Bayqan da həmin adamların ölkəsi – Azərbayqan.
Bunu 600 il öncə Oğuz Xan deyib. Bunları oxusunlar, ondan sonra danışsınlar. Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar. Hələ bilmirlər ki, Azərlər elə Xəzərlərdir. Dialekt fərqi var, eyni xalqdır – Azər, Xəzər. Gedib onu öyrənsinlər. Bu mənada Səyyad Aran haqlıdır".
Sözün doğrusu, burada mənim ən xoşuma gələn cümlə heç şübhəsiz ki, bu oldu: “Tarixdən, dünyadan xəbəri olmayan adamlar özlərini alim kimi ortalığa atırlar”. Bu cümləni semantik təhlil etsək onu işlədən şəxsin sadəcə dil bilgisinə şübhə ilə yanaşmaq olar. Çünki tarixdən bilgisi olmaqla, dünyadan bilgisi olmaq ekvivalent ifadələr deyil. Bizim hamımızın tarixdən bilgimiz səthidir və əldə olunan yarımçıq mənbələrə istinad edərək yüz il, min il, iki min il öncə barədə təsəvvürlərimizi ifadə etməyə çalışırıq. Dünya haqqında bilgimiz isə bu gün yaşadığımız və müşahidə etdiyimiz şeylər barədə təsəvvürlərimizdir və bunun fenomen olaraq tarixlə elə bir əlaqəsi yoxdur, çünkü tarix fəlsəfəsi ilə məşğul olan elmi nəzəriyyə sahibləri filosoflar da belə düşünürlər ki, tarix fenomen olaraq bilinməz, biz sadəcə öz zehni qurqularımıza və təsəvvürlərimizə tarix bilgisi adı veririk. Bu səbəbdən də bir çox elmlərdə olduğu kimi, xüsusən tarix elmində mütləq arxayınlıqla iddialarda bulunmaq tarix elminin özünə zidd bir davranışdır və elm sahibi olan bir alim mütləq iddialardan uzaq durmalıdır.
Əlbəttə, hamımızın hər ikisi ilə bağlı az-çox xəbərimiz olsa da, bilgilərmiz yetərsizdir.
Bəli, Azərbaycan cəmiyyətində cahillik o səviyyədədir ki, Firudin Cəlilov kimilər özlərini uzun illərdir “alim kimi ortaya ata bilirlər”. Həm də bu cür “alimlər” elmi nəticələri, düşüncə mətnləri ilə deyil, türkçü, millətçi kimliyi ilə ün qazanmağı hədəf seçirlər. Və bu alim adını geninə boluna işlədənlər mərhum Əbülfəz Elçibəyin siyasətini müəyyənləşdirdiyi, Kamran İmanov və mərhum Vurğun Əyyubun isə tətbiq etdiyi testin müəllifliyini mənimsəməyə, ümumtürk əlifbasının qəbuluna dar azərbaycanlı baxışı ilə əngəl olmağa qədər nə dilçiliyimiz, nə tariximiz, nə də maarifçiliyimiz üçün faydalı bir iş ortaya qoymuşlar.
İndi geri dönüş edək Firudin Cəlilovun........
