We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dərbəndin daşı

5 0 0
28.09.2019

Fazil Mustafa

“Bu dünya Dərbənd qalası,
Nə yolu, nə yol ağası...”

Dərbənd yolçuluğunda Ramiz Rövşənin bu şeirinin şüuraltında təkrarlanması gözlənilən idi. Çünki illərdir ən ali milli dəyərimiz olan Dədə Qorqudun məzar yeri kimi təxəyülümüzdə canlanan Dərbəndin daş divarlarının üzərindən milli kimliyimizin məkanını ədəbiyyatımızda, xəyallarımızda yaşatmışıq. Bu dəfə isə mən Dərbəndi Narın-Qalanın giriş qapısının həndəvərində şirin çörək parçası satan uşaqlarla tanıtmaq istədim.

“Bu bulkadan alın” deyə yalvaran bu uşaqlarla həmsöhbət olandan sonra nadir sənət nümunəsi sayıla biləcək Narın-Qala da, Dəmir Qapı Dərbənd də bir qədər arxa planda qalmağa başladı mənim üçün. Məhərrəm ayına təsadüf edən qısa səfərimiz zamanı Narın-Qalaya qalxan yolun üzərindəki bəzi evlərin damından asılan qara bayraqlardan burada Azərbaycan türklərinin məskunlaşdığı anlaşılırdı. Burada tanış olduğum tabasaran xalqına mənsub insanların da dilimizdə rahat danışdığına görə dərhal uşaqlardan milli mənsubiyyətlərini sordum. İkisi də........

© Modern.az