Kaş Balayan ölməyəydi |
Zori Balayan öldü. Bu xəbər yayılan kimi sosial mediada qəribə, ziddiyyətli bir mənzərə yarandı. Kimisi yas saxladı, kimisi onu lənətlədi, kimisi isə susmağı seçdi. Amma susanlar da anlayır ki, bu, adi bir insanın ölümü deyil. Bu, bir ideologiyanın sonudur.
Balayanı normal bir insan kimi qəbul etmək olmaz. O, düşmənçilik üzərində qurulan bir ideyanın daşıyıcısı idi. Bu ideya illərlə regionu qarşıdurma içində saxladı. Xalqları bir-birinə qırdırdı.
Onun kimliyinə də sadə yanaşmaq olmaz. O, sovet sistemində yetişib, sonradan radikal millətçi xəttin ən fəal təbliğatçılarından birinə çevrilmişdi. Özünü alim kimi təqdim edirdi. Yazdıqları isə elmi həqiqətlərdən uzaq idi, daha doğrusu ideoloji məqsədlərə xidmət edirdi.
O, tarixi araşdırmırdı, dəyişdirirdi. Tarixdə öz məqsədini “yaradırdı”. Onun mətnlərində mif üstünlük təşkil edirdi. Bu........