Kəlbəcərdə həyatı dağ qanunları formalaşıdırır

Orada şəhər komfortu axtarmayın

İşğaldan azad edilmiş ərazilərə bu gün hər birimiz fərqli regionlar kimi baxırıq. Kimsə bu yerləri adi coğrafi məkan kimi qəbul edə bilmir.

Bu torpaqlar yaddaşımızdır. Hər birimiz üçün  uzun illərin həsrətidir. Ona görə də həmin bölgələrlə bağlı baş verən hər hansı hadisəyə həddindən artıq həssas yanaşırıq.

Ekstra həssas yanaşırıq. Orada baş verən ən xırda problem belə bizdə böyük narahatlıq, təşviş doğurur. Bu da təbiidir. Çünki o torpaqların hər qarışı üçün illərlə yanmışıq. O torpaqların azadlığı üçün neçə-neçə oğullarımız ŞƏHİD olub.

Bu gün azad edilmiş bölgələrimizdə baş verən texniki problem, təbii hadisə və ya məişət çətinliyi dərhal geniş müzakirəyə çıxarılır. “Necə ola bilər?”, “Niyə qabaqcadan tədbir görülməyib?”, “Buna kim cavabdehdir?” kimi suallar bir-birini........

© Modern.az