menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Biz Paşinyanı niyə “sevdik”?

21 0
07.06.2026

Ermənistanda keçirilən seçkilərlə bağlı Azərbaycan sosial seqmentində maraqlı bir tendensiya müşahidə olunur. Bir çoxları Nikol Paşinyanın yenidən hakimiyyətdə qalmasını daha məqsədəuyğun hesab edir. İlk baxışdan bu paradoksal görünür. Çünki hələ bir neçə il əvvəl Azərbaycan cəmiyyətində ən çox nifrət edilən siyasi fiqurlardan biri məhz Paşinyan idi. Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən, populist revanşist ritorika ilə çıxış edən həmin Paşinyan…

Bəs nə dəyişdi? Əslində dəyişən Paşinyan deyil. Dəyişən regionun geosiyasi reallığı və Azərbaycanın güc balansıdır. 2020-ci ilin Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi arxitekturasını yenidən formalaşdırdı. Azərbaycan təkcə hərbi qələbə qazanmadı. Bakı regionda yeni status-kvo yaratdı. 1990-cı illərin zəif, iqtisadi və siyasi problemləri ilə üz-üzə qalan Azərbaycanı artıq yox idi. İndi müasir ordusu olan Azərbaycan var. Enerji diplomatiyası ilə Avropanın təhlükəsizlik sistemində mühüm rol oynayan Azərbaycan var. Transxəzər və Orta Dəhliz layihələrinin əsas aktoruna çevrilən Azərbaycan........

© Modern.az