Azərbaycanlı jurnalist Vardanyana məktub YAZDI |
Vardanyan, sənə məktubu hansı sözlə başlayım, bilmirəm. Salam vermək, hal-əhval tutmaq bizim adətdir.
Sənin halını soruşmaq istəyəndə adamın düşüncəsi quruyur, bu sözü dilinə ala bilmir.
Biz azərbaycanlıların bir adəti də var, kimliyindən asılı olmayaraq həbsdə olana “Allah qapısını açsın” deyərlər. Hətta düşmən olsa belə, bu cümləni deməyi özlərinə borc bilərlər. Bu, bizim xalqın böyüklüyündən, insanı insan kimi görmək bacarığından gəlir.
Amma sənə gələndə o dua dodaqlarda donur, çünki Allahın adını çəkəndə onun yaratdığı bəndədən danışmaq lazımdır.
Sən düşmən olsaydın, səni düşmən kimi qəbul edib yenə də o sözləri deyərdim. Sən insan cilidində canavar vəhşətlisən. İşğalın memarlarındansan, viranəliyin simvolu kimi adını xarabalıqlara yazmısan.
Bilmirəm, yadındadır, ya yox, 44 günlük Vətən müharibəsindən sonra məni X platformanda bloklamışdın. Bəlkə özün etməmişdin, bəlkə sosial medianı idarə edənlər etmişdi, amma mütləq xəbərin vardı.
Çünki sən sualdan qorxurdun. Mən sənə insan, fakt dili ilə suallar verirdim. Sən isə gücün, pulun, manipulyasiyanın dilini bilirdin. Ona görə də həqiqətin səsləndiyi yeri susdurmağa çalışırdın.
İndi isə zamanın məhkəməsində özün kürsüdə oturmusan, etdiklərinin bədəlini ödəyirsən.
Hiss etdinmi, qəbul etdinmi ki, tarix gecikə, ədalət ləngiyə bilər, amma ilahi haqq sonda........