Azərbaycanın yeni üzü - HEYRƏTLƏNƏCƏKSİNİZ |
Diqqətləri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə yönəldəndə görürük ki, indi ölkəmiz qlobal diplomatiya, beynəlxalq kommunikasiya platformaları, multikultural əməkdaşlıq və strateji tədbirlər industriyasının əsas mərkəzinə çevrilib. Formula1 Azərbaycan Qran Prisi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Eurovision” Mahnı Müsabiqəsi, COP29, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının toplantıları, Dünya Dini Liderlərinin Sammitləri, beynəlxalq iqtisadi forumlar, enerji konfransları, humanitar platformalar, media forumları, idman yarışları, mədəniyyət festivalları...
Bu gün isə WUF13-ün bağlanışı olacaq.
Sadaladıqlarımız Azərbaycanın qlobal təqdimat laboratoriyasıdır. Yeni Azərbaycan insanının formalaşma platforması, milli transformasiyanın canlı səhnəsidir.
Bu tədbirlərdə ümumilikdə on minlərlə Azərbaycan gənci könüllü kimi iştirak edib. Könüllülük tək iştirakçılıq anlamına gəlmir. Könüllülər milli reprezentasiya missiyasının canlı simalarıdırlar. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar Azərbaycanı ilk olaraq məhz bu gənclərin simasında görürlər. Könüllülərin ilk salamında, təbəssümü və davranışında Azərbaycan görünür.
Nə xoş Azərbaycana...
Beynəlxalq tədbirlərin hər birində olduğu kimi WUF13-də də hər kəsi ilk qarşılayan könüllülərdir. Adam yaxşı mənada heyrətə gəlir. Gənclər təmkinləri, etik davranışları, çevik, operativ qərarvermə bacarıqları, kommunikasiya mədəniyyətləri ilə adamı valeh edirlər. Sən sual verirsən, könüllü cavab verib getmir. Problemin tam həll olunana qədər yanında dayanır. Bu gənclik qlobal davranış kodeksini, beynəlxalq protokol anlayışını bilir. Milli kimliyini qoruyaraq dünyəvi davranış nümayiş etdirir. Xarici dil bilmək onlar üçün daha üstünlük sayılmır.
Bir vaxtlar Azərbaycan gənci xaricdə özünü ifadə etməkdə çətinlik çəkirdi. İndi isə dünyanın müxtəlif ölkələrindən........