Əlvida 2025, salam 2026... 

2025-ci illə sağollaşdıq. Bir daha həyatımızda 2025 adlı bir il olmayacaq. Bu adın özü tarixdən getdi, amma yaşatdıqları tarxi boyu silinməyəcək.

İnsan hər dövrdə elə bilir ki, ən qəribə zamana gəlib çıxıb. 2025-də də belə oldu. Elə zənn etdik ki, guya əvvəl hər şey daha sadə, daha dürüst, daha insani olub.

İnsan zamanla ayaqlaşa bilmədiyini görəndə cığallaşır.

Addımları hərdən gecikir, bəzən də zamandan qabağa qaçır, amma yenə uyğunlaşa bilmir.

Çünki zaman çox amansızdır və heç kəsi gözləmir.

Onda insan başlayır yeniliyi kötəkləməyə…

Dəyişəni danlayır, təzəni qınayır.

Köhnəni isə müqəddəsləşdirir. Gücü başqa nəyə çatasıdı ki…

Özü də bilir ki, müqəddəsləşdirdiyi köhnə də bir vaxtlar yeniydi.

İnsan yaddaşı çox qəribədir, istədiyini daş kimi yaddaşda........

© Modern.az