Azərbaycanın urban modeli: Tarix, modernləşmə və dayanıqlı gələcək |
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) dünyanın böyük diqqəti, rekord sayda iştirakçıların qatılması təkcə hər birimiz üçün qürurverici mənzərə deyil. Eyni zamanda bu, məkan olaraq Azərbaycanın seçilməsinin bir daha təsadüfi olmadığını bütün dünyaya nümayiş etdirir. Bu seçim təkcə təşkilati və texniki imkanların qiymətləndirilməsi ilə məhdudlaşmır, habelə Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf diskursunda artan iştirakçılığının göstəricisi kimi çıxış edir.
Azərbaycanın qlobal urban platformaya ev sahibliyi etməsi təsadüfi deyil, dedik. Burada diqqət çəkən mühüm məqamlardan birincisi xalqımızın tarixən şəhəryaradan sivilizasiya ənənəsinə malik olmasıdır. Bu aspekt urbanizasiya məsələsinin yalnız müasir inkişaf strategiyası deyil, həm də tarixi-mədəni kontinuallıq çərçivəsində qiymətləndirilməsinə imkan verir.
Bu nə deməkdir? O deməkdir ki, Azərbaycan ərazisi qədim dövrlərdən etibarən Şərq urbanizasiyasının mühüm mərkəzlərindən biri kimi formalaşıb. Tarixi mənbələr və arxeoloji tədqiqatlar sübut edir ki, bu coğrafiyada şəhər mədəniyyətinin təşəkkülü erkən dövlətçilik ənənələri, ticarət yolları və sənətkarlıq mərkəzlərinin inkişafı ilə paralel şəkildə baş verib. Xüsusilə Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan şəhərləri yalnız iqtisadi mübadilə məkanı deyil, eyni zamanda siyasi idarəetmə, elmi fikir və mədəni inteqrasiyanın daşıyıcıları olub. Konkretləşdirsək, bu sırada Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər şəhərlərin adını çəkə bilərik. Məsələn, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ regionun erkən urban mərkəzlərindən biri hesab edilir. Arxeoloji qazıntılar burada inkişaf etmiş şəhər planlaşdırılması, müdafiə infrastrukturu və sənətkarlıq ənənələrinin mövcudluğunu təsdiqləyir. Qəbələ nümunəsi Azərbaycan ərazisində şəhər həyatının təsadüfi deyil, sistemli sivilizasiya prosesinin nəticəsi olduğunu göstərir. Gəncə isə orta əsr Şərqinin ən böyük şəhərlərindən biri kimi urban inkişafın mühüm nümunəsidir. Bura yalnız iqtisadi və sənətkarlıq mərkəzi deyil, həm də intellektual və ədəbi mühitin formalaşdığı........