Şərq cəbhəsində yeni bir şey yoxdur!

Araz Aslanlı Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir tərəf "3 günə Rusiya Kiyevi tutacaq", digər tərəf isə "3 günə ABŞ (Qərb) Rusiyanı diz çökdürəcək" təbliğatı aparırdı. İndi hər ikisi gündəlik olaraq qarşı tərəfin itkilərinin statistikasını paylaşmaqla məşğuldur. 

İsrail ABŞ - İran müharibəsi ilə bağlı bir tərəf "3 günə rejimin devriləcəyini", "qısa vaxtda İranın yox olacağını", digər tərəf isə 3 günə olmasa da qısa vaxtda "İranın İsraili xəritədən siləcəyini" iddia edirdi. İndi bunlar da gündəlik olaraq qarşı tərəfin itkilərinin (dağıntıların) statistikasını paylaşmaqla məşğuldur. Ümumiyyətlə isə ABŞ İsrail - İran müharibəsində region və dünya dəhşətli ssenarilərə doğru gedir. Hər iki müharibənin uzun çəkəcəyi barədə bizim kimi düşünənlərin fikirləri təbii olaraq digər populist fikirlər qədər cazibədar olmadı. 

Təbii ki, "3 günlük müharibə" söhbəti edənlərin hamısı eyni düşüncədə deyil. Bir hissəsi bunu ucuz populizm naminə, bir hissəsi inandıqları üçün, amma bir........

© Modern.az