menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Yarıçılpaq geyimdə barda müğənnilik edən qadın azaddır, yoxsa hicablı xanım?.. – Düşünün!..”-CÜMƏ BƏHSLƏRİ

23 0
02.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Normal, üzü açıq baş örtüyünə münasibətdə belə, ən azı, öz milli tariximizi və mədəni yaddaşımızı da nəzərə almaq lazımdır…"

 

“Əgər məqsəd məktəbdə vahid geyim forması yaratmaqdırsa, üzünü tam açıq saxlayan, məktəbli formasının rənginə və tərzinə uyğunlaşdırılan sadə baş örtüyünə niyə icazə verilməsin? Axı bunun texniki həlli mümkündür...”

 

“Məsələnin həlli bu qədər sadə olduğu halda onu cəmiyyətdə dini qarşıdurmaya çevirmək və ölkəmizi xaricdə də dilə-dişə salmaq nəyə və kimə lazımdır?..”

 

“Müxtəlif beynəlxalq İQ(aykyu) araşdırmalarında qız və qadınları hicabda məktəb və universitetlərdə təhsil alan, işləyən İranın əhalisi dəfələrlə yüksək nəticələr göstərən ölkələr sırasında yer alıb...”

 

“Azərbaycan Prezidenti  İlham Əlieyv Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri ilə Bakıda keçirilən son görüşdə də İslamın dünyaya gözəl və mülayim tərəfinin daha geniş təqdim edilməsinin vacibliyindən danışıb. İslamofobiyaya qarşı mübarizədən bəhs edib…”

 

“Hicaba yanlış münasibətin yaranmasına bəzi müsəlman ölkələrində, məsələn, İranda, ərəb ölkələrində qadınlara hicabın zorla qəbul etdirilməsi də təsir edir...”

 

“Bir qadın öz seçimi ilə hicab taxırsa, öz ailəsində yaşayır, həyat yoldaşına və övladlarına qayğı göstərir, işləyir və cəmiyyətin həyatında iştirak edirsə, onu yalnız başını örtdüyünə görə “azad deyil” elan etmək nə qədər doğrudur?..”

 

“Odur ki, çox yaxşı olardı ki, müvafiq qərarlarda açıq şəkildə belə bir müddəa nəzərdə tutulsun:

 

“Qız şagird və müəllimələrin üz hissəsini tam açıq saxlayan, müəyyən edilmiş məktəbli geyim formasına uyğun normal baş örtüyündən istifadəsinə icazə verilir”...”

 

...Hicabın mahiyyəti nədir? Dünyadakı bəzi dairələr qadının baş örtüyündən niyə bu qədər qorxurlar? Hicablı qadın doğrudanmı azad deyil? Bəs qadının səhnəyə, reklama, əyləncə məkanına, podiuma getdikcə daha açıq-saçıq geyimdə, bəzən hətta geyimsiz çıxması nə vaxtdan azadlığın əsas göstəricisinə çevrilib?..

 

Bəndəniz şəxsən hicablı qız və qadın görəndə sevinir. Çünki mənim üçün hicab ilk növbədə milli, İslami, dədə-baba, ailə dəyərlərimizə uyğun olan abır-həya, ismət, iffət və təvazökarlıq anlayışları ilə bağlıdır... 

 

Hicab – rəhmətlik Hacı Şahinin təbiri ilə desək, qadının özünə yox, ona gözlərini zilləyən yad kişilər üçün qoyduğu məhdudiyyətdir. Hicab – qızın, qadının öz gözəlliyinə verdiyi dəyərin,  yad baxışları dilənmək arzusunda olmadığının göstəricisidir... Qadının üstünlüyü, əzəməti onun gözəəlliyinin, dəyərinin gizli qalmasındadır... 

 

Bu,  mənim münasibətimdir, ancaq öz fikirlərimə yox, Quran və Peyğəmbər(ə.s.) hədislərinin, müsəlman, Azərbaycan, türk dəyərlərinin məntiqinə söykənən bir münasibətdir. Fəqət gəlin məsələyə təkcə hisslərlə deyil, həm dini, həm də dünyəvi baxımdan obyektiv yanaşmağa çalışaq.

 

Hicabın İslamda yeri nədir?..

 

İlk növbədə bunu aydınlaşdıraq: İslamda qadının örtünməsi barədə dini hökmlər varmı? Bəli, var.

 

Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində mömin qadınlara baxışlarını qorumaq, ismətlərini saxlamaq və örtüklərini yaxalarının üzərinə çəkmək buyurulur. “Əhzab” surəsinin 59-cu ayəsində isə Peyğəmbərin(ə.s.) zövcələrinə, qızlarına və mömin qadınlara üst geyimlərini üzərlərinə salmaları əmr edilir...

 

Peyğəmbərin(ə.s.) hədislərində də qadının örtünməsi məsələsinə dair göstərişlər var. Əbu Davudda Aişədən rəvayət edilən hədisdə yetkin qadının namaz zamanı baş örtüyü olmadan namazının qəbul edilməyəcəyi bildirilir.

 

Deməli, “hicabın İslamda heç bir əsası yoxdur” demək dini mətnlərlə uzlaşmır.

 

Amma burada çox mühüm bir məqam da var. Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində açıq şəkildə bildirilir:

 

“Dində məcburiyyət yoxdur…”

 

Deməli, dini hökmün mövcudluğu ilə insanı zorla həmin hökmə əməl etdirməyi bir-birinə qarışdırmaq olmaz…

 

Baş örtüyü yalnız İslama məxsusdur?.. 

 

Xeyr. Qadınların baş örtüyü taxması İslamdan əvvəlki dini və mədəni ənənələrdə də mövcud olub. Xristianlığın əsas mətnlərindən olan “Əhdi-Cədid”in “Korinflilərə birinci məktub”unun 11-ci fəslində qadının dini mərasim........

© Moderator