menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Süni İntellekti də şərləyib basın içəri, orda çürüsün -ağlı başına gəlsin!..” -Kim Çen

24 0
23.09.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Diktator  Sİ-ni  həbs etmək, hətta güllələmək əmri verir,  fəqət onun Çin lideri yoldaş Sinin də “himayəsində” olduğunu eşidəndə əmrini geri götürür...”

 

Müxbirimiz ən müasir kiber-sızma texnologiyası və süni intellekt vasitəsilə böyük çətinliklə olsa da, dünyanın ən amansız diktatorlarından biri olan Şimali Koreya lideri Kim Çen Inın iqamətgahına soxularaq dünən gecə orada gedən bir sıra söhbətləri dinləməyə, hətta çəkiliş etməyə nail olub...

 

Dünyada süni intellektin guya bəşəriyyət üçün böyük təhlükə törətməsi və buna görə də onun inkişafının dayandırılması, lakin ABŞ prezidenti Donald Tramp başda olmaqla bir sıra liderlərin buna qarşı çıxması haqda söhbətlərin aktuallaşdığı bir vaxtda öz təhlükəsizlik qurumları vasitəsilə sarayına kiber-sızma olmasından xəbər tutan Şimali Koreya diktatoru dərhal köməkçilərinə və nazirlərinə əmr edib:

 

-Süni intellekti də o hakimiyyətimizə cüzi də olsa təhdid yaradan digər məxluqlar kimi tutun, basın içəri, çürüsün orda!..

 

Buna cavab olaraq Süni İntellektin gözə görünən, konkret bir məkanı olan bir məxluq olmaması səbəbindən onu həbs etməyin mümkünsüzlüyünü söyləməkdən qorxan köməkçi və nazirlər Kim Çenin qarşısında........

© Moderator