Bizi sosial şəbəkələrdən izləyin: “Hətta birdən fikirləşirəm ki, görən, doğma Laçın azad ediləndən sonra kəndimizə gedib-gələndə təsadüfən hardansa pul-para qapışdırıb dədə-baba evimin yerində, torpağımda villa, malikanə-zad tikməmişəm ki...”"Hey düşünürəm ötən illəri, olayları göz önündən keçirirəm. Deyirəm, görən, 33 il öncə- 1992-ci ildə dövlət sərhədini keçib Ukraynaya, yaxud 2011-ci ildə Arazı keçib Təbrizə gedib-gələndə oralardan cibimə, ya pencəyimin astarına saxta qrivna, ya tümən-filan, yaxud narkotik atan olmayıb ki?.." Son vaxtlar dünyada və məmləkətdə o qədər qeyri-adi, əndrəbadi və müdhiş olaylar baş verir ki, adamın canını qara qorxu alır. Söhbət yalnız saysız- hesabsız qətl, qəfil ölüm, yanğın, avto-qəza, təbii və texnogen faciə, avto-qəza, avia-qəzalardan və s. hadisələrdən getmir. Həm də insanlıq, adamlıq adına ləkə olan sonsuz sayda olaylar baş verir: vicdansızlıq, namussuzluq, biqeyrətlik, əyyaşlıq, narkomanlıq,........