Təhsilin əhəmiyyəti nədir? - İnsanlar bu həqiqəti nə qədər dərk edir? |
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
“Təhsil millətin gələcəyidir!” - HEYDƏR ƏLİYEV
***
Təhsilin əhəmiyyəti nədir? Və ya insanlar bu həqiqəti nə qədər dərk və ya ifadə edir?
Bu sual ilk baxışda sadə görünə bilər. Lakin müşahidələr göstərir ki, əksər hallarda bu suala verilən cavablar ümumi sözlər səviyyəsində qalır. Təhsilin real mahiyyəti, cəmiyyət üçün daşıdığı dərin əhəmiyyət çox zaman dolğun və əsaslandırılmış şəkildə ifadə olunmur. Bu səbəbdən məsələyə yenidən və daha ciddi münasibət göstərməyə ehtiyac olduğunu düşünürəm. Bu mövzuda əvvəllər sosial şəbəkələrdə yazılarım olub, indi də toxunmağımın əsas səbəbi məhz budur.
Təhsilə bəsit yanaşma problemi
Bu gün təhsilə yalnız diplom və ya gələcək dolanışıq mənbəyi kimi baxan yanaşmalar kifayət qədər yayılıb. Halbuki təhsilin əhəmiyyətini bu qədər dar çərçivəyə salmaq ciddi yanlışlıqdır.
Belə yanaşma:
- təhsilin mahiyyətini bəsitləşdirir,
- cəmiyyətdə məsuliyyətsiz gözləntilər formalaşdırır,
- uzunmüddətli perspektivdə isə müxtəlif neqativ sosial halların........