SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları |
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Hazırda qlobal sülhün bu qədər kövrək olduğu və heç zaman bir-birləri ilə səmimi dost olmamış Avropa ilə Rusyia arasındakı münasibətlərin gərgin olduğu bir zamanda qalib Azərbaycanın regionumuzda müəllifi olduğu möhkəm sülhə doğru atdığı addımlar hər kəsdə rəğbət və gələcəyə ümid doğurur.
Rus ballistikasının Odessada uşaqları öldürdüyü, Ukrayna dronlarının isə Xəzərdə rus gəmilərini vurduğu bir vaxtda Azərbaycanın sülh masasına oturtduğu Ermanistana əvvəlcə tranzit yüklərin keçidinə icazə verməsi, daha sonra isə öz yerli neft məhsullarını Gürcüstandan keçməklə bu ölkəyə göndərməsi, bu mənada qlobal sülhdən bu qədər uzaq dünyaya və eləcə də daxilində dən və din davasına yamanca qızışmış erməni cəmiyyətinə də tutarlı sülh çağırışıdır. “Sözümüz imzamızdır!” - şüarı ilə hər platformada öz qətiyyətini göstərən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev beş il əvvəl Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı parlaq qələbədən dərhal sonra davamlı sülh körpüləri inşa edilməsi üçün tutduğu sözün də arxasında olduğunu bir daha sübut etdi.
Sülh hər kəsin həyatı üçün ən dəyərli nemət, beynəlxalq aləmdə ən dəyərli sərvətdir. Bu mənada, Cənubi Qafqazın da nəhayət ki çoxdan arzuladığı davamlı sülhə qovuşması təkcə Azərbaycanın deyil, digər region ölkələrinin də mədəni inkişafına, sahib olduqları resursları silahlanmaya deyil, insanlarının rifahına yönəltməyə imkan yaradacaq. Belə ki, Qarabağda erməni işğaldına son qoymuş 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan real sülh təklifləri ilə çıxış etməklə təkcə Ermənistanla deyil, bizim yaşadığımız regiona maraqlı olan digər dövlətlərlə də........