We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? 

5 0 0
15.01.2021

Samir FEYRUZOV

***

I HİSSƏ

***

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdən sonra ortaq Bəyanat imzalandı. Hər 3 ölkənin liderlərinin bəyan etdikləri məsələlərdən bir neçəsinə diqqət edək:

- “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması...”

- “...prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək...”

- “... Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması...”

Heç şübhəsiz ki, mövcud bəyanatda göstərilən müddəalar bölgədəki vəziyyətin inkişafını, iqtisadi əlaqələrin qurulmasını, infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Bəs Ermənistan buna hazırdırmı? Tarix nə deyir?

Tarix təkrarlanır... 1918-ci ildə ermənilərlə bərabər gürcülər də Azərbaycanın ərazilərinə iddia edirdilər. Xüsusilə də, Zaqatala okruqu, Borçalı uyezdi və Siqnaxın bir hissəsinə sahiblik barədə razılıq əldə etmək mümkünsüz görünürdü. Çar Rusiyasından miras qalmış inzibati-ərazi bölgüsü Azərbaycan-Gürcüstan arasında ərazi-sərhəd problemlərini şərtləndirən əsas amil idi. Amma bu istiqamətdə Azərbaycanla Gürcüstan arasındakı mübahisələr silahlı toqquşma müstəvisinə keçmədi. Çünki hər iki tərəf strateji mütəffiqliyə, qardaşlıq-dostluq münasibətlərinə, ciddi iqtisadi əlaqələrin yaranmasına önəm verirdi. Ancaq Azərbaycan-Ermənistan, Gürcüstan-Ermənistan mübahisələri silahlı toqquşmalara gətirib çıxarmışdı. Ermənistan həm Azərbaycan, həm də Gürcüstanla səmimi ola bilmirdi, daha sonrakı silahlı hücumlar bunu isbatlayır. Həmin dövrdə Gürcüstan-Azərbaycan arasında daha çox ciddi iradə tələb edən və səmimi münasibəltər sistemi qurulmuşdu, ortaq işlərdən hər iki ölkə qazanırdı:

- Azərbaycan nefti Batumi........

© Mia.az


Get it on Google Play