Qorunan və qorunmayan ləyaqət!
Samir Feyruzov
***
Azərbaycanın ideoloji cəbhəsi 34 ildir “AzTV-nin şineli”ndən çıxan bir çox acgözlərin, qarınquruların şıltaqlarından əziyyət çəkir, inildəyir.
Sözsüz, "AzTV-nin şineli"ndən çıxan və mənim də tanıdğım yüzlərlə peşəkar, mərd adam var. itib-batıblar. Lakin AzTV-nin sabiq sədri, rəhmətlik professor Nizami Xudiyevin şəxsi kabinetində “boya-başa” çatan diktorların indiki efirlərdə əlllərindən öpürlər. O, “məşhur” dövrləri xatırlayanlar və həmin diktorların bəzilərinin hansı mənəviyyatın daşıyıcısı olduqlarını bilənlər az deyil. Bu diktorlar xəbər oxuyublar, xəbər yaratmayıblar, bunların işi bədbəxt, zəhmətkeş jurnalistlərin əməyini üzündən oxumaq olub. Bu gün də belədir.
Zənnimcə, həmin dövrləri Qulu Məhərrəmli daha yaxşı şərh edə bilər, çünki Babək Hüseynoğludan sonra dövlət televiziyasında tuğyan edən şəhvət burulğanının ən acımasız dalğıcların biri məhz bu adam olub. Heydər Əliyevin ölüm günü övladına toy eləmək istəyən adamın ağzından qoşaşapalaqla sillə vuran Arif Alışanov hər cür buqələmunların “donos”larının........
