Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR |
Elxan ŞÜKÜRLÜ
***
Hər dəfə Türkiyə ilə İran arasında yaxınlaşma meylləri, Suriyada, İraqda, Livanda və Fələstində birgə hərəkət, əməkdaşlıq imkanları yaranan kimi, ya İranı qarışdırırlar, ya da Türkiyədə hansısa fövqəladə hadisə baş verir.
Diqqət yetirin: İranın mərhum prezidenti İbrahim Rəisinin 2023-cü ildə iki dəfə təxirə salınan Türkiyə səfəri 2024-cü ilin yanvarın 4-ə razılaşdırılmışdı, hər iki tərəfdə də ciddi hazırlıqlar aparılırdı.
Ancaq 2024-cü ilin yanvarın 3-də Kirmanda İŞİD-in əliylə böyük bir terror hadisəsi təşkil edildi və səfər 20 gün sonraya ertələndi, həmin aralıqda isə qəfildən ABŞ dövlət katibi Blinken Türkiyəyə gəldi...
Nəticədə, Türkiyə və İranın ABŞ-ın və İsrailin nəzarətindəki kürd qruplaşmalarının silahsızlaşdırılmasına qarşı birgə əməliyyat planları baş........