Qalib ARİF
***
(“Qısa hekayələr” silsiləsindən)
***
Sabah 8 martdı - cəmi 2 manat 15 qəpik pulu vardı... Evdə qoca anası, cavan arvadı, balaca qızı... Doğrudur, səhər tezdən Zabrat dairəsinə, “Qul bazarı”na çıxmışdı, günortaya kimi dayanmışdı, amma iş tapmamışdı. Kim idi qara fəhləyə iş verən, bir maşın yaxınlaşanda 15-20 adam cumurdu, onun da “qırmızı” sifəti yoxdu. Uşaqlar deyirdi bu “sifətlə” sən bura nahaq gəlirsən, acından öləcəksən. Bura gələnin, burda duranın sifəti gərək daşdan olsun...
Günorta evə qayıdanda axırıncı 2 manata bir banka qatıq, bir “zavod” çörəyi, bir-iki dəstə də göy soğan almışdı. Evdə xəlvətə salıb qızının balaca “dovşan”ını götürmüş, ayaqyoluna girmişdi. Cəmi 2 manat 15 qəpik xırda pul çıxmışdı... Sabah isə 8 martdı... Evdə atadan qalma bir ənənə vardı, 8 martda bir dəstə qızılgül........