Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
Seymur Verdizadə
***
İyirmi yeddi il davam edən hicran, həsrət yaraları vüsal məlhəmi ilə şəfa tapdı. Kavdar kəhriznin göz yaşı kimi dupduru suyu susuzluqdan pöştələnən ürəyimizi sərinlətdi. Cəbrayılda əsən sərin meh qəlbimizi oxşadı, könlümüzə xoş ovqat bəxş etdi.
Bu günü iyirmi yeddi il gözlədik. Doğma yurda qovuşmaq arzusu ilə alışıb-yandıq. Yayda iş yoldaşlarımız kəndlərinə gedəndə oğrun-oğrun onlara həsəd apardıq. Qışda yataqxana küncündə üşüyəndə üstündə şabalıd qızartdığımız odun peçimizi xatırlayıb kövrəldik.........
