İNTELEKTUAL QIŞ YUXUSU və ya AMEA-da “Kollektiv Horizontal Təfəkkür Konfransı” |
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
Bu gün Azərbaycan elminin tarixində mühüm hadisə baş verdi. Elmin zirvəsində qərarlaşmış alimlər kollektiv şəkildə dərin meditasiya vəziyyətinə keçərək düşüncə enerjisini qənaət rejiminə aldılar.
Belə anladıq ki, elm ayıq zehniyyət tələb edir. Lakin Azərbaycan elminin indiki vəziyyətndə oyaq olmaq artıq lüks sayılır. Çünki ölkənin elm elitası bu gün sübut etdi ki, ən böyük intellektual akt – kollektiv yuxudur. AMEA-da bu gün ilk dəfə olaraq “Kollektiv Horizontal Təfəkkür Konfransı” keçirildi. Təcrübənin məqsədi sübut etmək idi ki, ideyalar yalnız kollektiv xorultu vəziyyətdə doğulur.
Akademik Xorultu Harmoniyası
AMEA-nın iclas zalında hökm sürən səssizlik adi sükut deyildi — bu, strateji səviyyəli, planlı və sinxronlaşdırılmış intellektual fasilə idi. Sosial mediada yayılan foto-biabrçılıqdan da görünür ki, söhbət sıradan yorğunluqdan getmir. Bu, “Akademik Horizontal Təfəkkür Modeli”nin ilk praktik tətbiqidir.
Modelin əsas prinsipi sadədir: beyin ayıq olanda çox şey düşünə bilər, lakin yuxu vəziyyətdə dövlət........