We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

5G mobil rabitə:  nədən bu qorxu yaratdı?

3 0 0
30.06.2020

Xankişi Kişiyev,

Əməkdar Mühəndis

AzTU-nun ET və EA kfedrasında Baş müəllim

***

Dünya əhalisi 5G mobil rabitə antenalarının quraşdırılmasına qarşı çıxırlar, İngiltərədə hətta bu antenalardan birini yandırdılar.

"5G- əleyhinə hisslər" bütün dünyada olduğu kimi ölkəmizdə də müşahidə olunur. Bir tərəfdən bəzi insanların COVID-19 virusa yoluxmanın 5G ilə əlaqəli artmasına inandıqları üçün 5G şəbəkələrinə etiraz edirlər. Digər tərəfdən isə 5G sahəsində çalışan rabitəçilər və 5G tezlik spektrini satmaqla böyük gəlir əldə edən rabitə qrumları bunu tətbiq etməyə maraqlıdırlar.

Daha yüksək tezlikli 5G standartı əvvəlki (1G,2G,3G,4G) nəsillərin inkişafı ilə onların təbii davamıdır. 1G, 2G, 3G, 4G və 5G birdən başlayaraq beşə kimi mobil şəbəkə texnologiyaları mobil telefon operatorları tərəfindən evalusiya şəklində istifadədə olunur. Bəs bu “G” nə deməkdir? Çox sadə cavabı var. İngiliscə “Generation” yəni Azərbaycan dilində “Nəsil” mənasına gəlir. 1G və 2G əsasən səs və mesaj (məlumat) verlişi və qəbulu ilə məhtud sayda xidmətləri əhatə edirdi. 3G, 4G və 5G isə video və daha çox genişzolaqlı data- internet verlişini təmin edir.

Çoxları yüksək tezlikli millimetr uzunluğunda elektromaqnit şüalanmaları insan həyatı və canlı aləm üçün təhlükəli sayır. Amma əslində gündəlik istifadə edilən qızdırıcı mikrodalğalı sobada 5G –yə nəzərən daha yüksək tezlikli dalğalardan istifadə olunur. 5G-də yüksək tezlikdən istifadə etməklə ötürülən məlumatların miqdarını artırmağa, baza stansiyalarının və antenaların əhəmiyyətli dərəcədə ölçüsünü azaltmağa imkan verir. Bu baza stansiyaları şəhər işıqlandırma dirəklərində, evlərin çerdaklarında, magistral yollarda quraşdırılmış konsollarda və ya bunun üçün ayrıca nəzərdə tutulmuş dirəklərdə yerləşdirilə bilər.

5G-yə tələblər

5G ideyası əhalinin daha sıx məskunlaşdığı Çində yaranıb. Çünkü çox sayda istifadəçinin əvvəlki nəsl 4G-də bir baza stansiyası əhatə dairəsindən (stadionda, qatar stansiyasında, metroda və şəhərin ən çox əhalinin məskunlaşdığı yerlərdə) eyni vaxtda sürətli İnternetdən istifadə etmək, video yaymaq, videolar izləmək və s. rabitə əlaqələrində fasilələr qaçılmazdır. Ölkəmizdə Avropa oyunları zamanı bu problemlər olmasın deyə oyun məkanlarında onlarla 3G və 4G mobil baza stansiyaları yerləşdirildi. Çində isə əhali sıx olduğundan bütün yaşayış məskənlərində 4G baza stansiyalarının sayını artırmaq iqtisadi cəhətdən əlverişli deyil. Bu problemi həll etmək üçün daha çox məlumatı yüksək sürətlə ötürən yeni bir standart tələb olundu. Bunu həll etmək üçün, onlar bir baza stansiyasında daha çox rabitə kanalı yaratmaq üçün tezliyi artırdılar. Beləliklə 5G texnologiyasında əvəliki nəsillərə nəzərən sürətin çox olması əsas üstün cəhət olmayıb, əsas üstünlüyü rabitə kanalların çoxluğu və hər kvadrat kilometrdə olan istifadəçi sıxlığının yüksək olmasıdır.

Tezlik artıqca baza stansiyaları arasında məsafə də əvəlki nəsildəki, 30-40 km-dən 150-200 metrə qədər azaldı. Beləliklə 5G şəbəkə modelində daha çoxlu bir-birnə yaxın baza stansiyaları qurmaq tələb olunur.

5G və sağlamlıq

5G rəqəmli iqtisadiyyatın inkişafı üçün ən mühüm yüksək texnoloji vasitə olmaqla bərabər bu texnologiyalar fokuslayıcı şüalanma mənbəyi kimi insan orqanizminə mənfi təsirləri və bu təsirlərdən yaranacaq fəsadlar tam öyrənilməyib. Ona görə bəzi alimlər və ya 5G texnologiya istehsalçı şirkətlərin rəqibləri bu texnologiyanın koronavirusun inkişafına şərait yaratmasını əsas götürərək onun tətbiqinə mane olurlar.

5G mobil rabitə şəbəkə sistemində millimetr uzunluğunda elektromaqnit dalğalarından istifadə edilir. Rentqen və ya qamma radiasiyasından fərqli olaraq, millimetr uzunluğunda 5G elektromaqnit dalğaların maddəni ionlaşdırmağa, yəni kimyəvi........

© Mia.az